
Motorola Edge smartfon modelinin real fotosu təqdim olundu
Elm & Texnologiya
16.04.2020
Emil
Motorola Edge və Edge+ smartfon modellərinin təqdimatlarına 1 həftə qalmış Hindistanın Pricebaba adlı saytı adi Edge modelinin real fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib, Təqdim edilmiş fotoda Motorola Edge smartfonunun arxa paneli əks olunub. Beləliklə ortaya çıxmış real foto smartfon barəsində əvvəlki məlumat sızıntılarını təsdiqləyib. Belə ki, smartfonun gövdəsi qradient rəng əldə edəcək və 64 MP + 16 MP + 8 MP üçlü arxa kamera ilə təchiz olunacaq.

Bundan əlavə olaraq son məlumatlara əsasən Motorola Edge modeli həmçinin 32 MP-lik ön kamera və Full HD+ keyfiyyətli kənarları əyilmiş OLED ekran ilə təchiz olunmalıdır. Ekranın 90 Hz tezlikli təsvir yenilənməsini dəstəkləyəcəyi gözlənilir. Adi Motorola Edge modeli Snapdragon 765 prosessoru vasitəsilə çalışmalı, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi və sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
