Motorola Edge smartfonunun real fotoları və texniki özəllikləri ortaya çıxdı
Elm & Texnologiya
16.03.2020
Farid Pardashunas
Biz artıq dəfələrlə xəbər vermişik ki, Motorola şirkəti bu il Motorola Edge adlı yeni flaqman smartfon seriyasını təqdim edəcək. İndi isə internetdə sözügedən smartfon seriyasına daxil olacaq modellərdən birinin real fotoları və texniki özəllikləri ortaya çıxıb. Bu barədə XDA-Developers saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən adi Motorola Edge modeli xarici görünüşcə Motorol Edge+ modelinə bənzəyəcək.
Sözügedən model kənarları əyilmiş böyük ölçülü ekran əldə edəcək və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Bununla yanaşı ekran 90 Hz-lik təsvir yenilənməsini də dəstəkləyəcək. Əsas texniki özəlliklərə gəlidikdə isə Motorola Edge modeli Snapdragon 765 prosessoru, 5G modem, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP + 16 MP + 8 MP üçlü arxa kamera, 25 MP-lik ön kamera və sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Smartfon həmçinin USB-C girişini, 3.5 mm-lik audiogirişi özündə birləşdirəcək və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq. Qeyd etmək lazımdır ki, Motorola Edge və Edge+ smartfonları fevral ayının sonunda MWC 2020 sərgisində təqdim olunacaqdı. Lakin koronavirus səbəbilə sözügedən sərgi ləğv edildi. Smartfonların yeni təqdimat tarixləri barəsində heç bir məumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ