Motorola Edge+ flaqman smartfonu Geekbench testlərindən keçib

Motorola Edge+ flaqman smartfonu Geekbench testlərindən keçib

Texnologiya
29.01.2020 PAYLAŞIM

    Motorola-nın yeni flaqman smartfon modeli məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən məlumat sızıntısı smartfonun adını təsdiqləyib. Belə ki, şirkətin yeni flaqman smartfon modeli Motorola Edge+ adını əldə edəcək. Geekbench testləri sayəsində smartfonun bir sıra texniki özəllikləri də ortaya çıxıb.


    Əvvəlcədən də güman edildiyi kimi smartfon Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən keçmiş smartfon 12 GB RAM-a və Android 10 əməliyyat sisteminə sahibdir. Geekbench-in birnüvəli testində Motorola Edge+ smartfonu 4106 xal, çoxnüvəli testində isə 12823 xal toplayıb. Smartfon barəsində digər bir məlumat yoxdur. Motorola Edge+ smartfonunun təqdimatı MWC 2020 sərgisindən bir gün öncə baş tutacaq. Yəni 23 fevral tarixində. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×