Motorola Edge+ flaqman smartfonunun kameraları barəsində məlumat verilib

Motorola Edge+ flaqman smartfonunun kameraları barəsində məlumat verilib

Texnologiya
10.03.2020 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Motorola Edge+ flaqman smartfon modelinin render fotoları ortaya çıxmışdı. İndi isə smartfonun sahib olacağı əsas kamera barəsində məlumat ortaya çıxıb. Bu barədə GSMarena saytı xəbər verib. İnsayderlərin məlumatlarına əsasən Motorola Edge+ smartfonu brendin 108 MP-lik arxa kameraya sahib ilk modeli olacaq.

    Məlumatda qeyd edilib ki, smartfon üçlü arxa kamera ilə təchiz olunacaq: 108 MP + 16 MP + 8 MP. Çox güman ki, söhbət, Samsung istehsalı olan 108 MP-lik kamera modulundan gedir. Qeyd etmək lazımdır ki, həmin kamera modulundan Xiaomi şirkəti də öz flaqman smartfonlarından bəzilərində istifadə edir. Bundan əlavə olaraq Motorola Edge+ smartfonu 25 MP-lik ön kamera ilə təchiz olunmalıdır.

Bənzər xəbər


    Həmin kamera modulu smartfon ekranının yuxarı sol hissəsində olacaq kiçik dairəvi çıxıntının daxilinə inteqrasiya ediləcək. Son məlumat sızıntılarına əsasən Motorola-nın yeni flaqman smartfonu ya 6.5 düym ya da 6.8 düym kənarları əyilmiş ekran, Snapdraogn 865 prosessoru, 5G modemi, 8/12 GB RAM və 5169 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×