main-post-cover

    Motorola-nın 3 yeni smartfon modelinin güman olunan texniki özəllikləri məlum oldu

    Elm & Texnologiya
    26.02.2020
    Emil Nəcəfov
        Yaxın müddət ərzində Motorola şirkəti 3 yeni smartfon modelinin təqdimatını keçirtməlidir. Həmin smartfonlar barəsində məlumatlar 1 aydır ki, ortaya çıxırlar. İndi isə Mishaal Rahman adlı nüfuzlu insayder həmin 3 smartfon modelinin güman olunan texniki göstrici məlumatlarını əldə edib. Bu barədə Techradar saytı xəbər verib. Söhbət, Motorola Edge Plus, One MidG8 Power Lite adlı smartfon modellərindən gedir.
        Beləliklə insayderin verdiyi məlumata əsasən Motorola Edge Plus smartfonu son 2 il ərzində Motorola şirkətinin ilk flaqman modeli olacaq. Smartfonun texniki göstəriciləri belədir: 2340x1080 piksel keyfiyyətli və kənarları əyilmiş 6.7 düym ekran, Snapdragon 865 prosessoru, 12 GB RAM və 5170 mAh enerji tutumlu batareya.
        Motorola One Mid smartfonunun texniki özəllikləri: 2430x1080 piksel keyfiyytli 6.53 düym ekran, Snapdragon 675 prosessoru və 4000 mAh enerji tutumlu batareya. Motorola G8 Power Lite smartfon modelinin texniki göstəriciləri: MediaTek Helio P35 prosessoru və 5000 mAh enerji tutumlu batareya. Smartfonların nə zaman təqdim olunacaqları barəsində bir məlumat yoxdur.
    Linki kopyala