Motorola-nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu

Motorola-nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu

Texnologiya
28.01.2020 PAYLAŞIM

    Biz artıq dəfələrlə xəbər vermişik ki, Motorola şirkəti bu il flaqman smartfonlar seqmentinə geri qayıdacaq. İndi isə şirkətin bu il üçün ilk flaqman smartfon modelinin nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb. Belə ki, Android Headlines saytının verdiyi məlumata əsasən şirkət artıq flaqman smartfonun təqdimat tədbiri üçün dəvətnamələri göndərməyə başlayıb və həmin tədbir 23 fevral tarixində baş tutacaq. Yəni MWC 2020 sərgisindən bir gün öncə.


    Şirkət təsdiqləyib ki, həmin təqdimat tədbirində məhz flaqman smartfon modeli təqdim olunacaq. Smartfonun necə adlanacağı barəsində şirkət bir məlumat verməyib. Techdroider mənbəsinin verdiyi məlumata əsasən söhbət, Motorola Edge+ adlı smartfon modelindən gedir. Qeyd etmək lazımdır ki, Motorola-nın yeni flaqman smartfon modeli Snapdragon 865 prosessoru ilə təchiz olunmalıdır. Bundan əlavə olaraq təqdimat tədbirində həmçinin Motorola G8, 5000 mAh batareya həcminə sahib G8 Power-i və stilusa sahib smartfonu da təqdim edə bilərlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×