Motorola RAZR (2019) smartfonunun ekranı 4 saatlıq dözümlülük testindən keçib (VİDEO)

Motorola RAZR (2019) smartfonunun ekranı 4 saatlıq dözümlülük testindən keçib (VİDEO)

Texnologiya
07.02.2020 PAYLAŞIM

    Qatlana bilən Motorola RAZR (2019) smartfon modelinin satışlarına start verilməzdən öncə bəzi istifadəçilər artıq onun konstruksiyasındakı problemlərdən şikayətləniblər. Belə ki, dünən verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, sözügedən smartfonu vaxtından əvvəl əldə etmiş bir sıra istifadəçilərin sözlərinə əsasən Motorola RAZR (2019)-dan bir neçə gün istifadə edəndən sonra onun konstruksiyasında olan şarnir heç də xoşagəlməyən cırıltı səsi ilə çalışır. Bundan əlavə olaraq smartfonun sərgi üçün nəzərdə tutulmuş versiyasının gözlənilmədən sıradan çıxması xəbəri də ortaya çıxdı.

    Bu smartfonun konstruksiyasının gündəlik istifadə üçün nə dərəcədə dözümlü olduğunu yoxlamaq üzrə jurnalistlər öz testlərini keçirdiblər. Bu barədə 4pda saytı xəbər verib. Youtube-da təqdim edilmiş 4 saatlıq videoda Motorola RAZR (2019) smartfon modelinin xüsusi cihaz vasitəsilə test olunması əks olunub. Həmin cihaz smartfonu dayanmadan açıb və qatlayıb. Testin startından 3 saat 30 dəqiqə sonra (27.000-dən bir qədər çox qatlanma dövrü) smartfon ekranında xəta baş verib.

Bənzər xəbər


    Lakin onu yenidən işə salandan sonra smartfon çalışmağa davam edib. Testlərdən sonrakı vizual baxış zamanı smartfonun kənar şarnirinin və gövdəsinin zədələnməsi hallarına rast gəlinməyib. Qatlanma xəttində isə heç bir əlavə qat əmələ gəlməyib. Lakin buna baxmayaraq videonun müəllifi qeyd edib ki, növbəti istifadə zamanı smartfonun şarnir konstruksiyası cırıltı səsi ilə çalışır. Qeyd etmək lazımdır ki, Motorola RAZR (2019) smartfonu 19 fevral tarixində 1499$ qiymətində satışa çıxacaq

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×