Mozilla şirkəti vəsait çatışmazlığına görə 70-ə yaxın işçini işdən azad edib

Mozilla şirkəti vəsait çatışmazlığına görə 70-ə yaxın işçini işdən azad edib

Texnologiya
16.01.2020 PAYLAŞIM

    Məşhur Firefox brauzerinin yaradıcısı olan Mozilla şirkəti 70-ə yaxın işçisini işdən çıxardıb. Bu barədə Techcrunch saytı xəbər verib. İşçilərin işdən azad edilməsi barədə məlumatı Mozilla şirkətinin sədri və müddətli rəhbəri olan Mithcell Baker işçilərə ünvanladığı məktubda qeyd edib. Öz məktubunda Mitchell Baker qeyd edib ki, şirkət bu cür qərarı verməkdə ona görə məcbur olub ki, 2019-cu ildə şirkət öz yeni məhsullarından daha az gəlir əldə edib. Bu isə şirkətin gözləntiləri ilə üst-üstə düşməyib.

    “Yəqin yadınızdadırsa biz, 2019-cu ildə gözləyirdik ki, abunəlik sistemi üzrə olan məhsullarımızdan gəlirləri yüksəldəcəyik. Bu baş vermədi” - deyə Mitchell öz məktubunda qeyd edib. O həmçinin qeyd edib ki, şirkət yeni məhsulların hazırlanma müddətini qiymətləndirməyib və 2020-ci ildə gəlirin əldə olunma gözləntisi üzrə daha konservativ olacaq. İşdən azad edilmiş işçilərin istirahət günü üzrə verilən əlavə vəsait ilə təmin olunması və onlara yeni iş yerlərinin tapılmasında yardımın olunacağı söz verilib.


    Öz məktubunda Mitchell həmçinin qeyd edib ki, şirkət yeni məhsulların hazırlanması ilə məşğul olan Mozilla innovasiya fondunun fəaliyyətini də dayandırmaq istəyirdi. Lakin bu fikrindən daşındı. Bu il isə fonda 43 milyon dollar vəsait ayrılacaq. Şirkət qeyd edib ki, o, innovasiyalara vəsait yatırmaq üçün məcbur şəkildə işçiləri işdən azad edib. İşdən azad edilənlərin sayları barəsində şirkət bir məlumat verməyib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..

×