
MSI şirkəti yeni gaming monitorunu təqdim edib
Elm & Texnologiya
10.10.2023
MSI şirkəti özünün gaming monitorlar seriyasını yeni model ilə genişləndirib. Belə ki, şirkət MSI G244F E2 adlı yeni gaming monitorunu təqdim edib. Beləliklə sözügedən yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 92%-ni, sRGB rəng diapazonunun isə 123%-ni əhatə edir. Bununla yanaşı ekran Adaptive-Sync texnologiyasının dəstəyinə sahibdir. MSI G244F E2 özündə HDMI 2.0b, Display Port 1.2a girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. MSI G244F E2-nin nə zaman və hansı qiymətə satışa çıxacağı bilinmir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...