
Müharibədə yeni mərhələ: ABŞ ordusu hərbi ekzoskeleti sınaqdan keçirtdi (VİDEO)
Elm & Texnologiya
28.05.2018
Emil
ABŞ ordusu döyüş ekzoskeletinin
sınaqlarını keçirdib. Əldə olan məlumatlara əsasən Lockheed Martin şirkəti tərəfindən
hazırlanmış bu döyüş ekzoskeleti ONYX adlanır. Güman olunur ki, bu yeni
texnoloji cihaz sayəsində hərbçilər daha çox məsafə qətt edə biləcəklər. ONYX
ekzoskeletinin ağırlığı 6.4 kq-dır və o, 8-16 saat çalışa bilir. Ekzoskelet özü
avtomatik olaraq insanın hərəkətlərinə adaptasiya olunur və insanın hansı çəki
ilə hansı növ ərazidə hərəkət etdiyini təyin edə bilir. Bununla yanaşı sözügedən
cihaz hündür yerlərdən düşmə və ya hündür yerlərə qalxma zamanı da istifadəçini
əlavə dayaq köməyi ilə təmin edir. Görünür, artıq fantastik filmlərdə
rastlaşdığımız hərbi ekzoskeletlər getdikcə reallığa çevrilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
