Mühəndislər kameralara və süni zəka sisteminə sahib robotlaşdırılmış ekzoskelet yaradıblar

Mühəndislər kameralara və süni zəka sisteminə sahib robotlaşdırılmış ekzoskelet yaradıblar

Texnologiya
23.03.2021 PAYLAŞIM

    Kanadalı mühəndislər qeyri adi ekzoskelet yaradıblar. Yaradılmış ekzoskelet fiziki məhdudiyyətli insanlara gəzə bilmək qabiliyyətini qaytarmaq potensialına sahibdir. Bununla yanaşı ekzoskelet bunu ətraf mühiti görmək və süni zəka texnologiyası imkanları vasitəsilə fərdi şəkildə etməyə qadirdir. Tədqiqatçıların sözlərinə əsasən ekzoskelet yaradıcıları əsas diqqətlərini hərəkət prosesinin hamar olmasına yönəldirlər. Bununla belə idarəetmə sistemi ya smartfon ya da xüsusi joystick vasitəsilə reallaşdırılır. Bu həm qəlizdir həm də rahat deyil.


    Belə ki, bu proseslər istifadəçinin diqqətini ayırır və gəzinti zamanı onun reaksiyasını aşağı səviyyəyə endirir. Vaterloo Universitetinin mühəndislər komandası isə ExoNet adlı layihəni yaradıblar. Bu, machine vision texnologiyasının inteqrasiya olunduğu ekzoskeletdir. Bu ekzoskeletdə idarəetmə prosesi tamamilə ağıllı alqoritmə ötürülür. Mühəndislər bildiriblər ki, süni zəkanın uzunmüddətli təlimatlandırılması sayəsində o, sağlam insanın yerimə tərzini imitasiya edə bilir.

    Ekzoskeletdə olan süni zəka sistemi ətraf mühiti analiz edir, real zaman ərzində olan dəyişikliklərə adaptasiya olur və hərəkətin tənzimlənməsini digər analoqlardan daha sürətli edir. Bu, bir növ avtonom rejimdə hərəkət edən avtomobilə bənzəyir. Bu halda ekzoskeletin hərəkət etməsi üçün insan düşüncəsi faktoruna ehtiyac qalmır. Ekzoskelet özü avtonom rejimdə hərəkət edir. Növbəti mərhələdə ExoNet pilləkənlər vasitəsilə qalxmağı, maneələrdən yan keçməyi öyrənəcək. Bundan əlavə olaraq ətraf mühiti və istifadəçinin hərəkətini analiz edərək qərar qəbul etməyə imkan verən alqoritm də təkmilləşdiriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×