Mükəmməl performansı ilə orta büdcəli 'Xiaomi Redmi 4x' icmalı (VİDEO)

Mükəmməl performansı ilə orta büdcəli 'Xiaomi Redmi 4x' icmalı (VİDEO)

04.09.2017 PAYLAŞIM

Son illərin məşhur brendi Xiaomi, orta və aşağı büdcəli seqmentlə yanaşı premium sektorda da qlobal rəqibləri ilə ciddi mübarizə aparır.  Smartfon bazarında bu il AppleSamsung kimi iri şirkətləri belə bəzi satış göstəricilərində geridə qoyan çinli şirkət, sürətlə böyüməyə davam edir. Bu icmalımızda, Xiaomi şirkətinin istehsalı olan smartfon – Xiaomi Redmi 4x haqqında danışacağıq. Aşağı büdcəli seqmentdə sərfəli qiymətilə mükəmməl performans orataya qoyan bu telefon, eyni seqmentdə digər rəqiblərinə “qan uddurur” desək yalan olmaz.



Dizayn

Telefon ön hissədən 2.5D əyarlı şüşə ilə əhatə olunur. Arxa hissədə əldə tutarkən premiumluq hissini yaşadan metal gövdə yer alır. Parlaq metal çərçivələr və 5 inçlik ekran telefonu əla alan zaman rahatlıq hissi yaşadır. Çəhrayı, qızılı qara rəngdə istehsal olunan smartfon bu ilin May ayında təqdim olunub. Barmaq izi oxucusu ilə təhciz olunmuş sensorun arxa hissədə yerləşdirilməsi, telefonun istifadəsini rahatlaşdıran ən əsas amillərdən biridir. Sürətli və hissiyyatlı bir barmaq izi oxucusuna sahib olması, smartfonu öz seqmentində bir baş önə çıxarır. Arxa hissədə barmaq izi sensoru ilə yanaşı kamera və led fləş quraşdırılıb. Telefonun ön hissəsində kamera, danışıqları həyata keçirmək üçün səsgücləndirici, aşağı hissədə isə hərəkət sensorları yerləşdirilib. 5 düyümlük ekrana sahib olan telefonun ön hissəsində Xiaomi , yenə də fiziki hərəkət düymələrinə yer verməyib. Telefonun yuxarı hissəsində qulaqlıq aşağı hissədə mikro USB 2.0 girişi quraşdırılıb. Mikrafon və səsgücləndirici isə telefonun aşağı hissəsində yer alır. Sol tərəfdə nano simmikro sim yuvaları, sağ tərəfdə isə səs artırıb-azaltma və kilid düyməsi quraşdırılıb.

Ekran

5 düyümlük IPS LCD ekran 16 milyon rəng çalarını dəstəkləyir. 720x1280 piksel ölçüləri ilə ekran 720p keyfiyyətində təqdim olunur. İlk baxışdan bu rəqəm aşağı görünsə də, bu büdcəli telefon üçün kifayət qədər yaxşıdır deyə bilərik. Nəzərə alsaq ki, ekran keyfiyyətinin HD səviyyədə olması enerji sərfiyyatını da azaldır. Gorilla Glass qoruyucu örtüyü ilə qorunan ekranda hər düyümə 294 piksel düşür. Bu göstəricilərlə Xiaomi 4x, yaxşı bir ekran keyfiyyəti ortaya qoyur. Hətta günün altında belə ekran öz parlaqlığını itirmir. “Touch screen” isə həsassdır və ən əsası sürətlidir.

Kamera

Redmi 4x kamerası  seqmentində olan telefonlarla müqaisədə çox yaxşı keyfiyyət təqdim edir. 13 meqapiksellik arxa kamera, led fləşə sahibdir eyni zamanda avtofokus xüsusiyyəti var. F2.0 diaframlı lenslər isə az işıqlı şəraitdə yaxşı şəkillər çəkə bilir. Video rejimində isə 4x rahatlıqla 30 saniyə kadr sürətlə 1080p keyfiyyətində videolar qeydə alır. Videolarda avto fokuslama xüsusiyyəti çox sürətli çalışır. Telefonun ön hissəsində F2.2 diaframlı lensə sahib 5 meqapiksellik kamera var. Bu kamera selife çəkimləri üçün heç də pis təsir bağışlamır. Ön kamera eynən arxa kamera kimi 1080p keyfiyyətində video çəkmə qabiliyyətinə malikdir.

Texniki Xüsusiyyətlər

Qualcomm Snapdragon 435 çipsetindən güc alan Redmi 4x - 8 nüvəyə sahibdir. Snapdragon 435 bu büdcəli smartfon üçün ideal görünür. Qutudan Android 6.0 əməliyyat sistemi ilə çıxan Redmidə 1.4 GHZ sürətə malik Cortex  - A53 prosessorundan istifadə olunub. Qrafik oynadıcı olaraq isə Adreno 505 günümüzdə demək olar ki, bütün orta və yüksək keyfiyyətli oyunları oynamaq üçün kifayət edir. Bu modeldə də Xiaomi mühəndisləri məhz Adreno 505 qrafik oynadıcısından istifadə ediblər. 16 GB daxili yaddaşa sahib olan modelində 2 GB Ram ilə təqdim olunan smartfonun uyğun olaraq 32 64 GB-lıq modellərində 3 və 4 GB -lıq operativ yaddaş quraşdırılıb. Əlimizdə olan model isə 3 GB RAM-a sahibdir və 32 gb daxili yaddaşı özündə saxlayır. Eyni zamanda mikroSD girişi ilə daxili yaddaşı daha da artırmaq olur.

Batareya

150 qramlıq bu telefonun ən ideal tərəflərindən biri məhz batareyasıdır. Xiaomi mühəndisləri bu səviyyədə olan bir telefonda batareya mövzusunda ürəyiaçıq davranıblar. Sinfinin lideri olan Redmi 4x-də nə az nə çox 4100 milli amper saatlıq dəyişiləbilməyən batareya quraşdırılıb. 5 düyümlük 720p keyfiyyətində ekranını nəzərə alsaq bu smartfon belə batareya göstəricisi ilə uzun müddət enerji bağlayıcılarından uzaq gəzə bilər. Bir sözlə daha çox enerji saxlayan telefon almaq istəyənlər üçün Redmi 4x ideal seçim ola bilər.

Qutu

Xiaomi Redmi 4x-in qutusunda bir istifadəçi üçün lazım olan hər şey, nano sim iynəsi, enerji qidalandırıcı, usb bağlayıcı və istifadəçi təlimatı yer alır. Ümumi olaraq dəyərləndirsək, xiaomi 360 manat qiyməti ilə yerli istehlakçı üçün əla bir seçimdir. Sektordakı eyni qiymətləri telefonlarla müqaisədə Xiaomi redmi 4x həm kamerası, həm uzun ömürlü batareyası, barmaq izi sensoru, iki sim dəstəyi və sürətli paneli ilə önə çıxır. Bu səbəbdən öz sinfinə və qiymətinə görə Redmi 4x , Technote-dan 10 xal alır. Cihazı çox uzağa getmədən elə Azərbaycandan  buradan sifariş edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×