Mümkün sayı 21 milyon olan bitcoinin artıq 17 milyonuncusu əldə olundu

Mümkün sayı 21 milyon olan bitcoinin artıq 17 milyonuncusu əldə olundu

Texnologiya
26.04.2018 PAYLAŞIM

Bugün maynerlər 17 milyonuncu bitcoini əldə edəcəklər (böyük ehtimalla artıq əldə ediblər). Bu barədə Blockchain.info saytının məlumatları xəbər verib (saytın məlumatları gündə bir dəfə yenilənir). Beləliklə 17 milyonuncu bitcoinin əldə olunması bu məşhur kriptovalyutanın tarixində daha bir geridə qalmış mərhələ olacaq. Belə ki, bitcoinin qaydalarına uyğun olaraq ümumilikdə yalnız 21 milyon bitcoin əldə oluna bilər.

Yerdə qalan bitcoin sayının 20%-i nə zaman əldə olunacaq və daha sonra nə baş verəcək?

Bitcoinin hər bir bloku 12.5 yeni bitcoini generasiya edir. Nəzərə alsaq ki, hər bir blok təqribi olaraq hər 10 dəqiqə yaranır, hər gün 1800-ə yaxın yeni bitcoin yaranır. Beləliklə bitcoinin ümumi sayının 80-i artıq əldə olunub. 3 Yanvar 2009-cu ildə bitcoinin qeyri-naməlum yaradıcısı Satoshi Nakamoto ilk bloku işə salandan sonra o, dünyada olan ilk 50 bitcoini əldə etmişdi.

Bənzər xəbər


Həmin vaxtdan bəri hər bir 210.000 blokdan sonra proqramlaşdırılmış qrafik üzrə şəbəkə bir bloka görə mükafatı 50% aşağı salır. 2016-cı ilin İyul ayında qeydə alınmış ən aşağı mükafatlandırma göstəricisindən sonra bir blok üzrə mükafatlandırma 12.5 bitcoin təşkil edir. Beləliklə əgər bitcoinin protokolu (yeni blok hər 10 dəqiqədə yaranır) olduğu kimi qalsa sonuncu bitcoin 2140-cı ilin May ayında əldə olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerl..

Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkət..


Apple iPad Pro 2021, iMac 2021 və AirTag trekeri təqdim olunub - QİYMƏTİ

Apple şirkəti dünən yeni məhsullarının təqdimatını keçirtdi. Təqdimat çərçivəsində ən nəzərə çarpan ..


MediaTek dünyanın ilk 4 nanometrlik mobil prosessorunu hamıdan əvvəl təqdim edə ..

Tayvanın MediaTek şirkəti keçən il nəzərə çarpacaq nəticələr əldə etmişdi və hətta istehsal olunmuş ..


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.

×