Logo
    main-post-cover

    Musk-ın beyin çipi şirkəti Neuralink, ikinci əməliyyatını həyata keçirib!

    Elm & Texnologiya
    05.08.2024
    Farid

         Elon Musk-ın beyin-kompüter interfeysi (BCI) şirkəti Neuralink, inkişaf etdirdiyi cihazı ikinci xəstəyə uğurla implantasiya edib. Bu beyin çipi ilə xəstələr, öz düşüncələri ilə cihazları idarə edə bilirlər.

         Neuralink, əvvəlcə keçən iyun ayında ikinci beyin çipi əməliyyatı etməyi planlaşdırırdı, lakin Elon Musk, bunun dəqiqləşdirilməmiş tibbi vəziyyətə görə ləğv edildiyini söyləmişdi. İndi Neuralink, iflic olan xəstələrə rəqəmsal cihazlardan sadəcə düşünərək istifadə etmək imkanı vermək üçün nəzərdə tutulmuş cihazını ikinci xəstəyə uğurla implantasiya edib. Bu implantasiya prosedurları mahiyyətcə sınaq proqramının bir hissəsidir. Şirkət, bu ilin əvvəlində Noland Arbaugh-a ilk cihazı implantasiya etmişdi. Bu çip sayəsində Arbaugh, kompüter oyunları oynamağa, canlı yayımlar açmağa və sosial mediada paylaşımlar etməyə başlamışdı. Arbaugh, bir dalğıc qəzası keçirmiş və çiyinlərindən aşağı iflic vəziyyətdə qalmışdı. Musk, ikinci xəstə ilə bağlı təfərrüatları açıqlamayıb, lakin onun da oxşar bir onurğa beyni zədəsinə sahib olduğunu bildirib.
         Musk, həmçinin ikinci xəstənin beyninə yerləşdirilən implantın elektrodlarından 400-nün işlədiyini bildirib. Məlum olduğu kimi, bu implantda cəmi 1024 elektrod var. Neuralink, 2024-cü ildə cəmi 10 xəstə üzərində əməliyyat keçirməyi planlaşdırır. Şirkət, həmçinin iflic olan insanlarda əzaların funksiyasını son nəticədə bərpa etməyi hədəfləyir. Şirkətin aparıcı cərrahı Matthew MacDougall, deyir: "Onurğa beyni zədəsi üçün potensial müvəqqəti həll yolu kimi onurğa beyninə elektrodların tikilməsi sahəsində böyük irəliləyiş əldə etdik". Şirkət, həm beyinə, həm də onurğaya implantlarla əzələ hərəkətlərini süni şəkildə stimullaşdırmaq istəyir.
    Paylaş