
Müştəri iPhone-nu dişlədi və iPhone partladı (VİDEO)
Elm & Texnologiya
22.01.2018
Emil
Elektron cihazların yoxlanışı üçün bir sıra effektiv üsullar var. Lakin cihazı dişləmək həmin üsullardan biri deyil.
Üstəlik bu cür yoxlanış az qala
ciddi travmalara yol aça bilərdi. Batareyalar “Apple” istehsalı smartfonların ən
zəif yerlərindən biridirlər. Bir neçə müddət bundan öncə biz bu şirkətin
istehsalı smartfonlardan bəzilərinin partlaması və ya alışıb yanması barədə xəbərlər
vermişdik. Lakin buna oxşar daha bir hadisə baş verib. Təqdim olunmuş videoda
elektron cihazların satıldığı yerli mağaza əks olunub.
Cavan oğlan özünə iPhone
almaq istəyir və alışdan öncə onu yoxlamaq qərarına gəlir. Bunun üçün həmin şəxs
iPhone cihazını dişləyir və beləliklə onun batareyasının orijinal və ya saxta
olduğunu öyrənmək istəyir. Lakin o, smartfonu ağzından çıxardandan sonra iPhone
partlayıb. Xoşbəxtlikdən bu hadisə zamanı heç kim xəsarət almayıb. Çox güman
ki, partlamış iPhone heç də təzə olmayıb. Bu əsasən smartfonun satıldğı yerdən
də hiss olunur. Belə ki, həmin mağaza daha çox lombardı xatırladır. Həmçinin
smartfonda olan batareyanın orijinal olmaması ehtimalı da var.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
