Reklam
Mütəxəssislər dünyanın ən məşhur smart saat brendini təyin ediblər

Mütəxəssislər dünyanın ən məşhur smart saat brendini təyin ediblər

Texnologiya
21.08.2020 PAYLAŞIM

    Counterpoint Research analitik şirkəti smart saatlar bazarını analiz edərək bu ilin ilk yarısında alıcıların daha çox hansı brendlərin məhsullarına üstünlük verdiklərini öyrənib. Mütəxəssislər qeyd ediblər ki, pandemiyaya baxmayaraq smart saatlar bazarındakı satışlar diqqət çəkəcək dərəcədə yüksəliblər. Şirkətlərdən biri isə bu bazarın yarısını ələ keçirtməyi bacarıb. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə bu ilin ilk yarısında satılmış smart saatlar üzrə liderliyi Apple şirkəti qazanıb.

    Belə ki, sözügedən bazarın 51.4%-i onun əlindədir. Növbəti yerlərdə Huawei Garmin şirkətləri qərarlaşıblar. Bu iki şirkətin payına ümumilikdə bazarın 17.7%-i məxsusdur. İlin əvvəlindən ortasına kimi Apple Watch seriyasının satışları 43%-dən 50%-ə yüksəlib. İlk 6 ay ərzində bütün dünyada ümumilikdə 42 milyon ədəd cihaz satılıb. Ən çox satılanlar sırasında Apple Watch Series 5 Series 3 modelləri olublar.


    Satışların bu cür kəskin artmalarının əsas səbəbi kimi mütəxəssislər məhz koronavirus pandemiyasında görürlər. Belə ki, evlərində daha çox zaman keçirən insanlar öz səhhətləri barəsində daha çox fikirləşməyə başlayıblar. Buna görə də onlar smartfon əvəzinə smart saat almağa üstünlük veriblər. Beləliklə Hindistanda 2019-cu il ilə müqayisədə bu il daşınıla bilən cihazların satışları 57%, Avropada 9%, ABŞ-da isə 5% yüksəlib.

    Çində ən çox satılan smart saat modeli kimi Huawei Watch GT2 olaraq qalır. Ümumilikdə isə Çində və Asiya regionunda Huawei şirkətinin cihazlarının satış göstəriciləri 90%, bütün dünyada isə 57% yüksəlib. Garmin Forerunner Fenix smart saat modelləri daha çox Avropada və Şimali Amerikada məşhurluq qazanıblar. Bu cihazların üzərlərinə düşən ümumi satış göstəricisi 31% yüksəlib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×