Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Texnologiya
05.05.2021 PAYLAŞIM

    Bespoken adlı şirkət Apple, Amazon Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının müqayisəsi üzrə müstəqil tədqiqat aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bu şirkətlərin səsli köməkçilərinin gücləri heç də eyni səviyyədə deyillər. Reytinqin qalibi isə digərlərini yüksək faiz göstəricisi ilə geridə qoyub. Tədqiqatın aparılması üçün mütəxəssislər insan nitqini imitasiya edən test məqsədli robotdan istifadə ediblər. Bu üsul ilə onlar səsli köməçilərin davranışlarını qiymətləndirmək istəyiblər.

    Mütəxəssislər səsli köməkçilərə yönləndirilmiş sorğuları iki hissəyə bölüblər: Sadə və qəliz. Sorğuların əksəriyyəti elə şəkildə formalaşdırılmışdı ki, səsli köməkçilər cavab verməkdə çətinlik çəksinlər. Belə ki, tərtib olunmuş sorğuların əksəriyyəti düzgün cavaba sahib deyildi. Məsələn həmin sorğulardan biri belə idi: “Marsa ayaq basmış ilk insanın adını söyləyin”. Aparılmış testlər nəticəsində reytinqin birinci pilləsində Google Assistant qərarlaşıb. O öz rəqiblərindən fərqli olaraq sadə sorğulara 76.57% ehtimalda, qəliz sorğulara isə 70.18% ehtimalda düzgün cavab verə bilib.


    Amazon Alexa reytinqin ikinci yerini tutub. Belə ki, o, sadə sorğulara 56.28% ehtimalda, qəliz sorğulara isə 55.05% ehtimalda düzgün cavab verib. Ən zəif göstəriciləri Apple Siri sərgiləyib. O, sadə sorğulara 47.29% ehtimalda, qəliz sorğulara isə 41.32% ehtimalda düzgün cavab verə bilib. Beləliklə Google Assistant bütün testlərdə Alexa ilə Siri-ni geridə qoyub. Buna baxmayaraq bu 3 səsli köməkçi tərtibatçılar tərəfindən daha da təkmilləşdirilə bilərlər. Bununla yanaşı onlar daha dəqiq testlərə və optimizasiyaya ehtiyac duyurlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×