Mütəxəssislər Galaxy Fold'un təmir olunma mümkünlüyünü qiymətləndirdilər

Mütəxəssislər Galaxy Fold'un təmir olunma mümkünlüyünü qiymətləndirdilər

Texnologiya
08.10.2019 PAYLAŞIM

    Samsung şirkətinin ilk qatlana bilən smartfon modeli olan Galaxy Fold artıq bir sıra dözümlülük testlərindən keçib. İndi isə smartfonun daxilində nələrin yerləşdiyini öyrənməyin vaxtı gəli çatıb. Belə ki, iFixit saytının mütəxəssisləri sözügedən smartfonu hissələrə ayırıblar. Aydın olub ki, bu proses heç də sadə bir proses deyil və buna səbəb smartfonun qəliz və qeyri adi konstruksiyaya sahib olmasıdır. Bu barədə Phonearena saytı xəbər verib. Smartfonun dözümlülüyünün yüksək səviyyəyə çatdırılması üçün Samsung mühəndisləri Galaxy Fold-un satışa çıxmış versiyasına bir sıra konstruktiv dəyişikliklər əlavə ediblər.


    İlk növbədə onu qeyd etmək lazımdır ki, smartfon ekranı tamamilə qoruyucu örtük ilə əhatə olunub və həmin qoruyucu örtüyün kənar hissələri smartfonun plastik çərçivələrinin daxilinə yerləşdirlib. Bu onun üçün edilib ki, istifadəçilər həmin qoruyucu örtüyü ekrandan ayıra bilməsinlər. Bununla yanaşı smartfonun ekranı daxili hissədən metal materialdan hazırlanmış gücləndiricilərə sahibdir. Smartfonun şarnir konstruksiyası isə həm yuxarı həm də aşağı hissədən bağlı dizayna sahibdir. Bunun sayəsində smartfon daxilinə toz dənəcikləri daxil ola bilmirlər.

    Bütün bunlara baxmayaraq yenilənmiş Galaxy Fold-un da mənfi tərəfləri mövcuddur. iFixit mütəxxəssislərinin sözlərinə əsasən smartfonun qatlanma mexanizmi müəyyən müddətdən sonra yararsız hala gələrək şarnir konstruksiyasına və ekrana təzyiqi yüksəldə bilər. Smartfonun batareyalarının dəyişdirilməsi prosesi də çox qəlizdir. Belə ki, batareyalar smartfon gövdəsinə yapışdırılıblar. Xarici hissədə olan şüşə isə təmir prossesini çətinləşdirir və təmir prosesi zamanı həmin şüşənin çatlaması təhlükəsi yaranır. Bütün müsbət və mənfi cəhətləri nəzərə alaraq iFixit mütəxəssisləri Galaxy Fold-un təmir olunma mümkünlüyünə 10 xaldan 2 xal veriblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×