Mütəxəssislər koronavirus dövründə olan ən məşhur kiberhücum növlərindən xəbər veriblər

Mütəxəssislər koronavirus dövründə olan ən məşhur kiberhücum növlərindən xəbər veriblər

Texnologiya
08.04.2020 PAYLAŞIM

    Trend Micro Incorporated şirkəti koronavirus pandemiyası dövründə olan kibertəhlükələr üzrə yeni hesabatı təqdim edib. Mütəxəssislər, hal hazırda olan qlobal vəziyyətdən istifadə edərək zərərli proqram təminatlarının yayılmasında iştirak edən kibercinayətkarların aktivliklərinin və həmçinin istifadəçilər ilə kommersiya müəssisələrinə kiberhücumların saylarının artdığını qeyd ediblər. Bu barədə 4pda saytı xəbər verib. Trend Micro şirkəti öz hesabatında ən çox reallaşdırılan 3 kiberhücum növünü qeyd edib.

Bənzər xəbər


    Hackerlər həçmin kiberhücumları koronavirus barəsində vacib məlummatın yayılması adı ilə reallaşdırırlar. Beləliklə həmin kiberhücum növləri bunlardır: Spam (65.7%), troyanlar və pul oğurlayan xüsusi tətbiqlər də daxil olmaqla zərərli proqram təminatı vasitəsilə olan kiberhücumlar (26.8%) və zərərli URL ilə saytlar (7.5%). Tədqiqat çərçivəsində mütəxəssislər koronavirus ilə bağlı 200.000 spam məktub aşkar ediblər. Spam məktubların böyük bir hissəsi Böyük Britaniyada (20.8%), Fransada (11.5%) və ABŞ-da (8.2%) aşkar edilib.

    Bundan əlavə olaraq karantin dövrü çərçivəsində bir çoxlarının uzaqdan çalışma rejiminə keçdikləri üçün korporativ mesajların saxtalaşdırılması da reallaşdırılır. Bu cür hallarda hackerlər işçilərə guya rəhbərlik adından məktublar göndərərək öz hesablarına vəsaitlərin köçürülməsini tələb edirlər. Covidcovid 19 adına sahib zərərli kontentli faylların çox hissəsi ABŞ-da (26.6%), Fransada (12.2%) və Kanadada (11.2%) müşahidə edilib. Bütün müddət ərzində Trend Micro şirkətinin mütəxəssisləri tərəfindən 81.000-dən çox bu cür fayl aşkar edilib. Hackerlər arasında ən çox istifadə olunan üsul isə vəsaitlərin oğurlanması üçün nəzərdə tutulmuş xüsusi tətbiqlərdir. Trend Micro tərəfindən aşkar edilmiş zərərli URL-lər əsasən 3 kateqoriyaya ayrıılırlar:

- Hackerlər tərəfindən fişinq hücumlar üçün istifadə olunanlar - 56.7%

- Zərərli proqram təminatlarının yüklənməsi üçün olan linklərə keçid - 34.3%

- Xeyriyyəçilik təşkilatları ilə koronavirus məlumatlarına aid saxta saytlar - 7.5%.

Zərərli URL-lərdən zərər çəkən lider ölkələr arasında ABŞ (26.5%), Almaniya (13.3%) və Böyük Britaniya (10.4%) var.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hidrogen elementlər əsasında çalışan Toyota Mirai bir dəfəyə rekord göstəricidə ..

Toyota Mirai artıq birinci dəfə deyil ki, hidrogen elementlər vasitəsilə çalışan mühərrikinin hesabı..


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..

×