Mütəxəssislər: 'Robota vətəndaşlığın verilməsi səhv hərəkətdir' (VİDEO)

Mütəxəssislər: 'Robota vətəndaşlığın verilməsi səhv hərəkətdir' (VİDEO)

Texnologiya
01.11.2017 PAYLAŞIM

Səudiyyə Ərəbistan dünyanın ilk ölkəsi oldu ki, robota vətəndaşlıq verdi.

Bu üsulla ölkə öz proqressivliyini sərgiləmək və böyük infrastruktur layihələrinə investorları cəlb etmək istədi. Lakin bir sıra mütəxəssislər bunu müsbət qiymətləndirməyərək ölkəni vətəndaşlıq institutuna hörmətsizlikdə və müasir texnologiyalar haqqında yalan anlayışlar yaymaqda günahlandırdılar. Bu ayın sonunda “Hanson Robotics” tərəfindən yaradılmış Sophia adlı robot vətəndaşlıq hüquqlarını əldə etmiş ilk robot oldu. Belə ki, Səudiyyə Ərəbistan həmin robota Ər-Riyadda keçirilmiş Future Investment Initiative tədbiri çərçivəsində vətəndaşlıq verdi.

Qeyd etmək laızmdır ki, həmin tədbirdə dünyanın müxtəlif yerlərindən olan siyasətçilər və investorlar da var idi. Robotların hüquq məsələləri artıq bir neçə ildir ki, müzakirə olunur. Maraqlısı isə ondadır ki, bu müzakirələri təkcə mühəndislər və futuroloqlar deyil, həmdə Avropa Parlamenti də aparır. Lakin Səudiyyə Ərəbistan heç vaxt robotlarla bağlı layihələrdə indiyənə kimi iştirak etməyib və Sophia adlı robota hansı şərtlər çərçivəsində vətəndaşlığı verdiyi tam aydın deyil.



The Verge saytının verdiyi xəbərə əsasən Səudiyyə Ərəbistanın bu cür piar strategiyası müasir texnologiya anlayışına və vətəndaş cəmiyyətinə mənfi təsirlər göstərə bilər. Süni zəka sahəsində etika üzrə mütəxəssis Joanna Bryson düşünür ki, robota vətəndaşlığın verilməsi faktoru vətəndaşlığın dəyərini aşağı salır.

Bu halda robot adi insan ilə birlikdə bərabərhüquqlu canlı hesab edilir. Lakin əsl insandan fərqli olaraq onu söndürüb-yandırmaq və satmaq olar. Bryson-un sözlərinə əsasən miqrantlarla sərt şəkildə davranan Səudiyyə Ərəbistan kimi bir ölkədə bu cür hal daha da ədalətsiz görünür. The Next Web saytının redaktoru Tristan Greene Səudiyyə Ərəbistanın bu hərəkətini uzağı görə bilməmək kimi qiymətlənidirib.


“Milyonlarla qaçqının sığınacaq axtararaq vətəndaş olmaq üzrə mübarizə apardıqları bir dövrdə robota vətəndaşlıq vermək düzgün deyil” – deyə Tristan Greene öz məqaləsində qeyd edib.

Bu vəziyyətdə həmçinin Sophia özü də problem mənbəyidir. Belə ki, o, süni zəka ilə əlaqəli deyil. “Sophia bizim, robotun necə göründüyü və səsləndiyi üzrə kollektiv təsəvvürlərimizi əks etdirən, yaxşı düşünülmüş bir kukladır” – deyə The Verge saytındakı məqalədə qeyd olunub. Robot dialoqu dəstəkləsə də, söhbət zamanı onun bütün cavablarının öncədən sistemə yeridilməsi hissi yaranır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×