Mütəxəssislər: Windows-dan fərqli olaraq macOS-də zərərli proqram təminatlarının sayı 2 dəfə artıb

Mütəxəssislər: Windows-dan fərqli olaraq macOS-də zərərli proqram təminatlarının sayı 2 dəfə artıb

Texnologiya
12.02.2020 PAYLAŞIM

    Bir çox istifadəçilərin fikirlərincə Windows əməliyyat sistemi ilə çalışan kompüterlərdən fərqli olaraq macOS əməliyyat sistemi ilə çalışan kompüterlər daha təhlükəsizdirlər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Malwarebytes Labs şirkəti bu cür fikirlə mübahisə etməyə hazırdır. Belə ki, mütəxəssislərin hesabatlarına əsasən Apple platforması üçün olan zərərli tətbiqlərin sayları getdikcə artır. Bu barədə Windowscentral saytı xəbər verib.

    Təqdim edilmiş statistikaya əsasən 2018-ci il ilə müqayisədə 2019-cu ildə macOS-də aşkar edilmiş zərərli proqram təminatlarının sayı 400% yüksəlib. Malwarebytes şirkətinin proqram təminatından istifadə edən Mac istifadəçilərinin saylarının artmasını nəzərə alaraq sözügedən göstəricinin daha dəqiqləşdirilməsi nəticəsində məlum olub ki, zərər çəkmiş bir Apple kompüterinin üzərinə il ərzində 11 zərərli proqram təminatı düşüb.


    Müqayisə üçün qeyd etmək lazımdır ki, il ərzində Windows vasitəsilə çalışan bir kompüterin üzərinə 5.8 zərərli proqram təminatı düşüb. Təhlükə mənbələrinin artmasının səbəbini mütəxəssislər macOS-də olan qorunma sistemlərinin aşağı effektivliyə sahib olmaları ilə əlaqələndirirlər. Həmin sistemlər reklam xarakterli proqram təminatları və istifadəçilərin də xəbərləri olmadan sistemə quraşdırılan arzuolunmaz tətbiqlər ilə effektiv şəkildə mübarizə apara bilmirlər. Mütəxəssislər macOS əməliyyat sistemi ilə çalışan kompüter istifadəçilərinə təhlükəsizliyin təmin olunması məsələsinə daha ciddi yanaşmağı məsləhət görüblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×