main-post-cover

    MWC 2020-nin ləğv edilməsinə baxmayaraq Huawei və Honor öz təqdimatlarını keçirdəcəklər

    Elm & Texnologiya
    18.02.2020
    Farid Pardashunas
        Görünür, Barselonadakı MWC 2020 sərgisinin ləğv edilməsi Huawei Honor brendlərinin işlərinə təsir göstərməyəcək. Belə ki, hər iki brend əvvəlcədən planlaşdırılmış təqdimat tədbirlərini keçirtmək niyyətindədir. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən Huawei şirkəti öz təqdimat tədbirini 23 fevral tarixində keçirdəcək. Şirkət elə əvvəlcədən həmin gündə təqdimat keçirtməyi elan etmişdi.
        Lakin şirkətin təqdimat tədbiri Barselonada deyil online yayım formatında baş tutacaq. Gözləntilərə əsasən həmin təqdimat zamanı şirkət özünün yeni qatlana bilən smartfon modeli olan Mate Xs-i təqdim edəcək. 24 fevral tarixində isə şirkətin Honor brendi öz təqdimat tədbirini keçirdəcək. Honor brendinin təqdimat tədbiri də online yayım formatında baş tutacaq. Həmin tədbirdə yeni smartfon modellərinin, smart saatların, naqilsiz qulaqlıqların və digər məhsulların təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər