Logo
    main-post-cover

    MWC 2023: Snapdragon prosessorları smartfon kameralarına fotoları bulanıqsız çəkməyə imkan verəcəklər

        Qualcomm şirkəti MWC 2023 sərgisi çərçivəsində Prophesee adlı şirkət ilə əməkdaşlığa başladığını elan edib. Prophesee öz növbəsində foto sensorlar və computer vision alqoritmlərinin hazırlanması ilə məşğul olur. Qualcomm ilə Prophesee arasındakı əməkdaşlıq çərçivəsində Snapdagon prosessorlarına yeni çipin əlavə edilməsi nəzərdə tutulub. Əlavə ediləcək yeni çipin əsas məqsədi isə kadrdakı bulanıq hallarının aradan qaldırılması olacaq. Qualcomm öz növbəsində bunun necə çalışdığını açıqlayıb və Prophesee texnologiyası vasitəsilə çəkilmiş test məqsədli fotonu sərgiləyib. Yeni elektron komponent ilə software texnologiyasının kombinasiyası Metavision adını əldə edib. Onun vasitəsilə smartfondakı kamera sensoru fotoları tamamilə yeni tərzdə çəkəcək.
        Əvvəllər kamera sensoru fotonu çəkərək onu emal üçün ISP-ə göndərirdisə, bundan sonra Metavision çipi vasitəsilə kamera sensoru kadrdakı piksel dəyişikliklərini izləyəcək. Bu, kadrda hərəkətdə olan obyektin təyin olunması üçün lazımdır. Bu məlumatlar əsasında çip fotodakı hərəkətdə olan obyekti ayıraraq onu sanki hərəkətdə olmamış vəziyyətdə təyin edəcək. Bu cür üstünlüyə baxmayaraq Metavision-un mənfi özəllikləri də var. Məsələn çip yalnız ayarlanmış bir ədəd kamera və müəyyən fokus məsafəsi çərçivəsində çalışa bilir. Buna görə də kadrdakı bulanıq halının aradan qaldırılması üçün yalnız əsas kamera sensorundan istifadə etmək lazım gələcək. Bununla yanaşı nəticədə əldə ediləcək fotonun keyfiyyəti 12 MP-lik olacaq. Bu texnologiyanın Snapdragon prosessorlarına nə zaman inteqrasiya ediləcəyi barəsində məlumat verilməyib.
    Paylaş
    Bənzər xəbərlər