Logo
    main-post-cover

    MWC 2023: Xiaomi özünün Wireless AR Glass Discovery Edition adlı naqilsiz AR eynəyini təqdim edib (VİDEO)

        MWC 2023 sərgisi çərçivəsində bir sıra məhsulunu təqdim etmiş Xiaomi şirkəti əlavə olaraq Wireless AR Glass Discovery Edition adlı naqilsiz AR eynəyini təqdim edib. Bu, şirkətin ilk naqilsiz AR eynəyidir. Bununla yanaşı Xiaomi Wireless AR Glass Discovery Edition-da yüksək keyfiyyətli ekranlardan və flaqman Snapdragon prosessorundan istifadə edilir. Sözügedən AR eynəyin çəkisi cəmi 126 qramm təşkil edir. Bu, maqnezium-litium ərintisindən hazırlanmış gövdə, karbon lifindən hazırlanmış detallar və silisium-oksigen anodlu batareya hesabına mümkün olub.
        AR eynək Qualcomm şirkətinin xüsusi olaraq AR və VR cihazlar üçün nəzərdə tutulmuş Snapdragon XR2 Gen 1 prosessoru vasitəsilə çalışır. Xiaomi bildirib ki, AR cihaza naqilsiz qoşulma halında siqnal gecikməsinin göstəricisi demək olar ki, naqilli qoşulma halındakı siqnal gecikməsinin göstəricisinə bərabərdir. Xiaomi Wireless AR Glass Discovery Edition smartfona Wi-Fi Bluetooth kombinasiyasından istifadə edən xüsusi texnologiya vasitəsilə qoşulur və siqnal gecikməsinin 50 millisaniyə göstəricisində olmasını təmin edir. AR eynək Ful HD+ keyfyyətli 2 ədəd micro-OLED ekran ilə təchiz olunub.
        Ekranların maksimal parlaqlıq səviyyələri 1200 nit təşkil edir. Cihazın ön hissəsində 3 ədəd kamera mövcuddur və onlar ətraf mühitin virtual kontentdə əks olunmasını təmin edirlər. AR cihazın idarəetmə sistemləri qismində smartfonun özü və ya istifadəçinin əlləri çıxış edə bilərlər. İstifadəçi öz əlləri vasitəsilə idarə edən zaman mikrojestlərdən istifadə etməlidir. AR cihazın sahib olduğu kameralar bu halda istifadəçinin mikrojestlərini təyin edə bilirlər. Xiaomi bildirib ki, sözügedən AR cihaz hələ ki, prototip mərhələsindədir. Onun nə zaman satışa çıxacağı və ya ümumiyyətlə satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər