
MyFitnessPal servisinin 150 milyon istifadəçisinin məlumatları oğurlandı
Elm & Texnologiya
30.03.2018
Emil
Kimlikləri bilinməyən hackerlər kaloriyə
nəzarət imkanını verən MyFitnessPal adlı tətbiqin 150 milyon istifadəçisinin məlumatlarını
oğurlayıblar. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki,
sözügedən tətbiq idman qidası və əşyaları istehsalçısı olan Under Armour şirkətinə
məxsusdur. Sözügedən məlumat oğurluğu hadisəsi hələ Fevral ayında baş
vermişdir. Lakin onun barəsində məlumat hələ indi ortaya çıxıb.
Hackerlər tətbiq
istifadəçilərinin adlarını, elektron poçt ünvanlarını və gizli şifrələri kimi məlumatları
əldə ediblər. Şirkət bildirib ki, istifadəçilərin bank kartı nömrələri,
sürücülük vəsiqələrinin nömrələri və sosial sığorta kartlarının məlumatları
toxunulmaz olaraq qalıb. Şirkət artıq öz istifadəçilərini baş vermiş hadisə ilə
bağlı məlumatlandırıb və onlardan MyFitnessPal tətbiqinin şifrələrini dəyişməyi
xahiş edib.
Bu hadisə haqqında məlumatın verilməsindən sonra Under Armour şirkətinin
səhmləri 4.6 aşağı düşüb. Qeyd etmək lazımdır ki, şirkət MyFitnessPal tətbiqini
2015-ci ildə 475 milyon dollara almışdı. Bu tətbiq vasitəsilə istifadəçilər öz
kalori sərfiyyatlarını izləyə və bunun əsasında personal məşqləri təyin edə
bilirlər. 2017-ci ildə Under Armour-un ümumi satışlarının 1.8%-i (5 milyard
dollar) məhz MyFitnessPal-ın sayəsində reallaşdırılmışdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
