Naqilsiz şarj cihazı Apple AirPower'in aqibəti necə oldu?

Naqilsiz şarj cihazı Apple AirPower'in aqibəti necə oldu?

Texnologiya
17.09.2018 PAYLAŞIM

    Naqilsiz şarj cihazı AirPower ilk dəfə 2017-ci ildə təqdim olunmuşdu. Həmin vaxtda Apple şirkəti sözügedən cihazı 2018-ci ildə satışa çıxartmağı söz vermişdi. Lakin bu hələ də baş verməyib. AirPower cihazının ləğv olunmasının səbəblərini SonnyDickson adlı sayt təqdim edib. Hələ 2017-ci ildə AirPower cihazını təqdim etməklə Apple şirkəti naqillərin olmadığı bir dünyanı söz vermişdi. İstifadəçi öz iPhone və ya Apple Watch cihazını AirPower-in üzərinə qoyaraq onu şarj edə biləcəkdi. Naqilsiz şarj stansiyasının satışlarına bu il start verilməli idi. Lakin Apple şirkəti sözügedən cihazın istehsalında bir sıra problemlər ilə qarşılaşıb.


Bənzər xəbər


    Məlumatlara əsasən bu cür problemlərdən biri də cihazın tez zamanda qızmasıdır. Qızma nəticəsində cihazın daxili komponentləri yararsız hala düşür. Bundan əlavə olaraq AirPower-in proqram təminatındakı bəzi səhvlər nəticəsində cihaz özünə qoşulmuş digər cihazları təyin edə bilmir. Bu problem əsasən AirPods qulaqlıqlarının və Apple Watch saatlarının qoşulmasında yaranır. Sonda ən əsas problem cihazda olan induksiya qurğularıdır. Hesablamalarda olan səhvlər ucbatından cihaz çox zaman özünə qoşulmuş cihazlara cərəyanı ötürə bilmir. Bu cür nasazlıqlardan əlavə olaraq induksiya qurğuları da stabil çalışmayaraq AirPower-in enerji sərfiyyatını sürətli şəkildə aşağı endirirlər. Məlumatlara əsasən Apple şirkəti məhsulun çertjojlar səviyyəsinə qayıdaraq onu sıfırdan hazırlamağa başlayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×