main-post-cover

    NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

    Elm & Texnologiya
    19.04.2021
    Farid Pardashunas
        NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb. Belə ki, insanları Aya çatdıracaq eniş modulunun inşa edilməsi ilə məhz SpaceX məşğul olacaq. Söhbət, adi uçuş missiyasından getmir. Söhbət, 1972-ci ildən indiyənə kimi ilk dəfə insanın Aya göndərilməsindən gedir. Məhz həmin ildə Apollo 17 proqramı çərçivəsində insanlar sonuncu dəfə Aya ayaq basmışdılar. Maraqlısı ondadır ki, Aya yollanacaq yeni heyətin tərkibində qadın astronavt da olacaq.
        Beləliklə həmin qadın Aya ayaq basacaq ilk qadın astronavt olacaq. Qeyd etmək lazımdır ki, "Artemis" adlı yeni Ay proqramı çərçivəsində uçuş missiyası 2024-cü ilə planlaşdırılıb. Lakin bu məsələ üzrə tarixlərdə dəyişiklik ola bilər  İlk mərhələdə astronavtlar Ayın orbitində yerləşəcək Orion adlı kosmik gəmiyə yollanacaqlar. Daha sonra heyətin 2 üzvü SpaceX-in Starship gəmisi vasitəsilə Ay səthinə yollanacaqlar orda 1 həftə qalacaqlar.
        NASA-nın bu missiyasının əldə edilməsi üzrə keçirilmiş müsabiqədə həmçinin Jeff Bezos-un Blue Origin şirkəti də iştirak edib. Lakin məhz SpaceX şirkəti cəlbedici qiymət tarifini təqdim edib. Müqaviləyə əsasən NASA agentliyi layihənin reallaşdırılması üçün SpaceX şirkətinə 2.9 milyard dollar maliyyə ayıracaq. Təbii ki, raketin və kosmik gəminin inşası daha baha başa gəlir. Lakin xərclərin müəyyən hissəsini SpaceX öz üzərinə götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər