NASA Ay missiyalarında planını dəyişir?
Elm & Texnologiya
17.04.2026
Sevinj
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, NASA tərəfindən həyata keçirilən Artemis proqramı çərçivəsində Ay missiyalarına hazırlıq davam etdiyi bir vaxtda, gələcək astronavtların seçimi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Artemis II missiyasının ekipaj üzvləri Yerə qayıtdıqdan sonra keçirilən mətbuat konfransında jurnalistlər NASA-nın əvvəlki vədlərini xatırladaraq vacib bir sual ünvanlayıblar: Agentlik Ay səthinə ilk qadını və ilk rəngli insanı göndərmək planını hələ də qüvvədə saxlayırmı? Lakin ekipaj üzvləri bu suala birbaşa cavab verməkdən əsasən yayınıblar. Yalnız missiya mütəxəssisi Christina Koch mövzuya qismən münasibət bildirib. O qeyd edib ki, Artemis proqramı bütövlükdə daha inklüziv dövrün başlanğıcı kimi nəzərdə tutulur və bu dəyişikliklərin zamanla “təbii şəkildə” baş verəcəyinə inanılır.
Digər ekipaj üzvləri olan Reid Wiseman, Victor Glover və Jeremy Hansen isə suala açıq mövqe bildirmədən mövzu dəyişdirilib. Qeyd edək ki, NASA əvvəlki illərdə Artemis proqramı çərçivəsində Ay səthinə ilk qadın və ilk qeyri-ağdərili astronavtı göndərməyi planlaşdırdığını açıqlamışdı. Lakin son dövrlərdə bu vədlə bağlı rəsmi ritorikanın zəiflədiyi müşahidə olunur və agentlik məsələ ilə bağlı aydın mövqe ortaya qoymur. Hazırda Artemis proqramının ilk Ay enişi missiyasının 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.
Paylaş