NASA Aya ilk qadın astronavtı göndərəcək

NASA Aya ilk qadın astronavtı göndərəcək

Texnologiya
15.05.2019 PAYLAŞIM

    NASA 2024-cü ildə Ay səthinə ilk dəfə qadın astronavtı endirəcək. Bu barədə Rusbase saytı xəbər verib. NASA-nın Ay səthinə astronavtların göndərilməsi üzrə yeni missiyası Artemida adlanır. Beləliklə bu missiya qədim yunan mifologiyasında Ay ilahəsi və Apollonun bacısı olan Artemida-nın şərəfinə adlandırılıb. Qeyd etmək lazımdır ki, ABŞ-ın 1960-1970-ci illərdəki ilk Ay missiyası da məhz Artemida adını daşıyırdı.

    ABŞ prezidenti Donald Trump Twitter-də elan edib ki, o, NASA-ya əlavə olaraq 1.6 milyard dollar vəsait ayıracaq. Daha öncədən Trump NASA-ya 21 milyard dollar vəsaitin ayrılması üzrə göstəriş vermişdi. Həmin vəsaiti NASA 2020-ci ildə əldə etməlidir. Əlavə 1.6 milyard dollar vəsaitin ayrılmasını isə ABŞ konqressi təsdiqləməlidir. “Mənim administrasiyam dövründə biz, NASA-nın əzəmətini geri qaytaracağıq, Aya geri dönəcəyik və daha sonra Marsa uçacağıq. Bizim kosmosa lazımi şəkildə qayıtmağımız üçün mən NASA agentliyinin büdcəsini əlavə 1.6 milyard dollar ilə yeniləyirəm” - deyə Donald Trump bildirib.

Bənzər xəbər


    ABŞ Ay-dan Mars planetinə uçmaq üçün keçid səviyyəsi kimi istifadə etmək niyyətindədir. Əgər NASA Ay səthinə enişi 2024-cü ilə planlaşdırırsa, deməli Marsa uçuş 2030-cu illərə təsadüf edəcək. Qeyd etmək lazımdır ki, 1969-cu ildə ABŞ-ın Apollon-11 adlı kosmik aparatı məşhur astronavtlar Neil ArmstrongBuzz Aldrin-i Ay-a göndərmişdi. Onlar Ay səthinə ayaq basmış ilk insanlar olmuşdular. Daha sonra ABŞ bir neçə Ay missiyası da reallaşdırmışdı. Ən son Ay missiyası isə 1972-ci ildə baş tutmuşdu.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...


Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti tə..

Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqd..


Intel yeni Thunderbolt 4 protokolunu təqdim etdi: Komputerlərə 8K ekran dəstəyi ..

Intel şirkəti Thunderbolt portu üçün yeni Thunderbolt 4 protokolunu təqdim etdi.


5G şəbəkəsinin canlı orqanizmə ciddi təsir edib-etməməsi üzrə tədqiqat aparılıb..

Mütəxəssislər arasında 5G mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur...


Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəc..

Tesla elektromobillərində olan avtopilot sistemi hal hazırda olan ən təkmilləşdirilmiş avtopilot sis..


Azərbaycanda Medtech

Bu gün dünyada və Azərbaycanda bu cür texnologiyaların inkişafı haqqında  "Techealth" MedT..

×