NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!
Elm & Texnologiya
14.03.2024
Farid Pardashunas
NASA, 1976-cı ildə Viking layihəsi ilə gerçəkləşdirdiyi ilk yerüstü missiyasından bəri doqquz robotunu Marsa uğurla endirməyi bacarsa da, insanların Marsa təhlükəsiz şəkildə çatdırılmasının tamamilə yeni yanaşmalar və texnologiyalar tələb etdiyini yaxşı başa düşür. Buna görə də, NASA, dünyanın ən sürətli superkompüteri olan Frontier-dən istifadə edərək ekipajlı Mars kosmik gəmisinin Qırmızı Planetdə enişini simulyasiya edib.
Son Mars missiyalarından fərqli olaraq, NASA insanları Marsa endirmək üçün eniş aparatına paraşütlər daxil etməyəcək. Bunun əvəzinə insanı Marsa endirmək üçün retropulsiyadan istifadə etmək planlaşdırılır. Yəni sürəti azaltmaq üçün uçuş aparatının istilik sipərinə quraşdırılmış və irəliyə yönəlmiş raketlərdən.
Bu planların əsas problem isə ondadır ki, NASA əvvəllər heç vaxt belə bir uçuş həyata keçirməyib. Ağıllara paraşütdən istifadə etmək fikri gələ bilər, amma bu da mümkün deyil. NASA-nın robotlaşdırılmış nəqliyyat vasitələrində paraşütlərdən istifadə etməsi mümkün olsa da, insanlı eniş aparatında paraşütdən istifadə etməsi fiziki olaraq mümkün olmayacaq. Buna səbəb, yeni eniş aparatının çəkisinin əvvəlki eniş aparatının çəkisindən təxminən 20-50 dəfə ağır olmasıdır. Əlavə olaraq, Marsın nazik atmosferinin Yerin atmosferindən təxminən 100 dəfə az sıxlığa malik olması belə böyük bir nəqliyyat vasitəsinin paraşütlə enməsinə imkan vermir.
NASA, məhz bu səbəblərə görə superkompüterlər vasitəsilə eniş aparatlarını simulyasiya etməli olur. Komanda dünyanın ən sürətli və ilk exascale superkompüteri olan Frontier-dən istifadə edərək 2023-cü ildə tam sınaq uçuşunu simulyasiya edə bilib. İndiyə qədər isə komanda simulyasiya edilmiş mühiti yaratmaq üzərində çalışırdı. Hər bir simulyasiyada 15.000-20.000 GPU istifadə edilərək 1000 terabaytlıq (bir petabayt) nəhəng məlumatlar əldə edilir. NASA tədqiqatçıları indi bu simulyasiyaları dəfələrlə təkrarlamağı və ən ideal yanaşmaları kəşf etməyi hədəfləyirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yupiterin peyki İonun yeni fotoları təqdim edilib
Yupiterin peyki İonun yeni fotoları təqdim edilib
NASA-nın Juno adlı kosmik aparatı Günəş sisteminin ən yüksək vulkanik aktivliyinə sahib obyektinin yeni fotolarını göndərib.
Yaxın günlərdə potensial təhlükəli asteroid Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq
Yaxın günlərdə potensial təhlükəli asteroid Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq
NASA-nın vermiş olduğu məlumata əsasən potensial təhlükəli asteroid 2 fevral tarixində Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq.
Marsda qədim gölün mövcudluğuna dair sübutlar əldə edilib
Marsda qədim gölün mövcudluğuna dair sübutlar əldə edilib
Mars səthində müşahidələrini davam etdirən Perseverance aparatı Jezero adlı kraterin ətəyində qədim göl çöküntülərinin mövcudluğuna işarə edən sübutlar aşkar edib.
Ingenuity pilotsuz uçuş aparatı Marsdakı missiyasını yekunlaşdırdı
Ingenuity pilotsuz uçuş aparatı Marsdakı missiyasını yekunlaşdırdı
2021-ci ildə Mars səthində Perseverance aparatı ilə birgə fəaliyyətə başlamış Ingenuity adlı pilotsuz uçuş aparatı (PUA) öz missiyasını yekunlaşdırdı.
Mars ekvatorunda böyük həcmdə su buzu aşkar edilib
Mars ekvatorunda böyük həcmdə su buzu aşkar edilib
Marsda planetin bütün səthinin 1.5-2.7 metr dərinlikli okeanla əhatə olunmasına kifayət edəcək qədər su aşkar edilib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!