main-post-cover

    NASA gələcək Mars missiyaları üçün nəzərdə tutulmuş yeni dronun konseptini sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    23.12.2024
    Emil Nəcəfov
         NASA gələcək Mars missiyaları üçün nəzərdə tutulmuş Mars Chopper adlı dronun konseptini sərgiləyib. Bu dron artıq Mars səthində uğurla test edilmiş Ingenuity adlı dronun davamçısı olacaq. Mars Chopper olduqca böyük ölçüyə sahib olacaq və adi aparatların qətt edə bilmədikləri Mars sahələrinə elmi avadanlıqları daşıya biləcək. Mars Chopper konsepti 6 ədəd pərdən ibarət uçuş aparatının hazırlanmasını sərgiləyir. Məlumatda qeyd edilib ki, planlaşdırılan dronun ölçüsü off-road avtomobilin ölçüsünə bərabər olacaq. Bu cür ölçü sayəsində dron 1 Mars sutkası ərzində 3 km məsafəyə kimi 5 kq avadanlığı daşıya biləcək.
        Bundan əlavə olaraq dron qətt edilməsi çətin sahələrdə elmi araşdırmalar da apara biləcək. Dron hələ ilkin hazırlanma mərhələsindədir. Qeyd etmək lazımdır ki, NASA-nın Ingenuity adlı daha öncəki dronu 2021-ci ilin fevral ayında Perseverance aparatı ilə birlikdə Marsa çatdırılmışdı. 1.8 kq ağırlığında olmuş bu dronun Mars səmasında ilk uçuşu həmin ilin aprel ayında baş tutmuşdu. Nəticədə Ingenuity 3 ildən az müddət ərzində 72 uçuş missiyasını reallaşdıra bildi. Əslində isə sözügedən dron yalnız 5 uçuş missiyası üçün nəzərdə tutulmuşdu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kosmosdakı Yeni il ağacına bənzər bir görüntü görənləri təəccübləndirib!
    kosmosdaki-yeni-il-agacina-benzer-bir-goruntu-gorenleri-teeccublendirib
    Günəş sisteminin ən vulkanik cisminin sirri ortaya çıxıb!
    gunes-sisteminin-en-vulkanik-cisminin-sirri-ortaya-cixib
    Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılmsı üsulu ozon təbəqəsinə ciddi zərər vura bilər
    beynelxalq-kosmik-stansiyanin-istismardan-cixarilmsi-usulu-ozon-tebeqesine-ciddi-zerer-vura-biler
    NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!
    nasa-kosmosun-daha-once-hec-gorulmemis-mohtesem-goruntulerini-paylasib
    Yeni araşdırmalara əsasən, Venera planeti haqqında bildiklərimiz yanlış ola bilər!
    yeni-arasdirmalara-esasen-venera-planeti-haqqinda-bildiklerimiz-yanlis-ola-biler