NASA ilk dəfə Günəşə çox yaxın bir məsafədən uçuş həyata keçirib!
Elm & Texnologiya
26.12.2024
Farid Pardashunas
NASA-nın kosmik aparatı Günəşə indiyə qədər ən yaxın uçuşunu həyata keçirib. Agentliyə məxsus Parker Solar Probe aparatı, Günəşə cəmi 6.1 milyon kilometr məsafəyə qədər yaxınlaşıb.
NASA-nın kosmik aparatı daha əvvəl heç bir aparatın yaxınlaşmadığı qədər Günəşə yaxınlaşaraq tarixə düşüb. Parker Solar Probe adlanan aparat, Günəşin xarici atmosferi olan koronanın yandırıcı istiliyinə tab gətirərək Günəşə 6.1 milyon kilometr məsafəyə çatıb. Aparatın istilik qalxanları isə 930 dərəcə istiliyə dözə bilib.
2018-ci ilin avqustunda buraxılan Parker Solar Probe, Günəşi daha yaxından öyrənmək və kosmosdakı hava hadisələrini qabaqcadan müəyyən etmək üçün nəzərdə tutulmuş 7 illik bir missiyanı yerinə yetirir. Bu missiya, Yer üzündəki həyata təsir edə biləcək kosmos hadisələri haqqında daha çox məlumat əldə etməyi hədəfləyir. Parker Solar Probe proqramının elmi rəhbəri Arik Posner açıqlamasında, "Bu, NASA-nın cəsarətli missiyalarının bir nümunədir. Biz kainatımız haqqında uzun müddətdir cavablanmamış sualları cavablandırmaq üçün daha əvvəl heç kimin etmədiyini edirik" deyib.
Lakin aparatın Günəşə çox yaxın olması səbəbindən hazırda onunla əlaqə kəsilib. Parker aparatının sağ qalıb-qalmadığını isə 27 dekabrda müəyyən etmək mümkün olacaq. Aparatın istilik qalxanları 930 dərəcə inanılmaz istiliyə məruz qalsa da, məlumatlara görə, aparatın daxilindəki alətlər Günəşin xarici atmosferini tədqiq edərkən təxminən otaq temperaturunda (29°C) qalır. Parker Solar Probe hazırda təxminən 692.000 kilometr/saat sürətlə hərəkət edir. Bu sürətlə ABŞ-dan Yaponiyaya 1 dəqiqədən az bir müddətdə çatmaq mümkündür.
Əslində Parker Solar Probe insanlıq tərəfindən indiyədək yaradılmış ən sürətli obyekt kimi tarixə keçib. Aparat 2023-cü ildə 635 min kilometr/saat sürəti ilə artıq rekord sahibiydi. Parker bu inanılmaz sürətə Venusa etdiyi 7 səfər nəticəsində çatıb. O, planetin cazibə qüvvəsindən istifadə edərək öz sürətini artırıb.
Bu cəsarətli missiya, alimlərə Günəşin ən böyük sirlərindən bəzilərini açmağa kömək edə bilər. Daha əvvəl insan tərəfindən yaradılmış heç bir obyekt bir ulduza bu qədər yaxınlaşa bilməyib. Bu manevr sayəsində, məsələn, Günəş küləklərinin necə yarandığı, tacın niyə Günəşin səthindən daha isti olduğu və tac kütlələrinin atılmasının (kosmosa atılan nəhəng plazma buludları) necə formalaşdığı kimi suallara cavab tapıla bilər. Parker Solar Probe-un bu tarixi yaxınlaşması əslində planlaşdırılmış 3 yaxınlaşmadan birincisidir. Digər 2 yaxınlaşma isə müvafiq olaraq 22 mart 2025 və 19 iyun 2025-ci il tarixlərində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hubble-ın 20 illik sirri James Webb Kosmik Teleskopu ilə həll edilib!
Hubble-ın 20 illik sirri James Webb Kosmik Teleskopu ilə həll edilib!
Hubble Kosmik Teleskopunun 20 il əvvəl kəşf etdiyi sirr James Webb Kosmik Teleskopunun köməyi ilə həll olunub.
NASA gələcək Mars missiyaları üçün nəzərdə tutulmuş yeni dronun konseptini sərgiləyib (VİDEO)
NASA gələcək Mars missiyaları üçün nəzərdə tutulmuş yeni dronun konseptini sərgiləyib (VİDEO)
NASA gələcək Mars missiyaları üçün nəzərdə tutulmuş Mars Chopper adlı dronun konseptini sərgiləyib. Bu dron artıq Mars səthində uğurla test edilmiş Ingenuity adlı dronun davamçısı olacaq.
Kosmosdakı Yeni il ağacına bənzər bir görüntü görənləri təəccübləndirib!
Kosmosdakı Yeni il ağacına bənzər bir görüntü görənləri təəccübləndirib!
NASA, Chandra teleskopu və Michael Clowun müşahidələrini birləşdirərək 2.500 işıq ili uzaqlıqdakı NGC 2264 və ya “Yeni İl Ağacı” adlandırılan ulduz qrupunun görüntüsünü təqdim edib.
James Webb Teleskopu ilk çağlarından bəri hərəkətsiz vəziyyətdə olan nəhəng qara dəlik kəşf edib!
James Webb Teleskopu ilk çağlarından bəri hərəkətsiz vəziyyətdə olan nəhəng qara dəlik kəşf edib!
James Webb Teleskopu, kainat yalnız 800 milyon yaşında olarkən mövcud olan 400 milyon Günəş kütləsinə malik nəhəng qara dəlik aşkar edib.
Süd Yolu qalaktikasındakı nəhəng qara dəliyin ətrafında 2 əkiz ulduz sistemi kəşf edilib!
Süd Yolu qalaktikasındakı nəhəng qara dəliyin ətrafında 2 əkiz ulduz sistemi kəşf edilib!
Astronomlar Süd Yolunun mərkəzindəki Sagittarius A* ətrafında dövr edən əkiz ulduz sistemi aşkarlayıblar. Şilidəki Very Large Telescope (VLT) vasitəsilə kəşf edilən və D9 adı verilən sistem alimləri təəccübləndirib.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!