NASA InSight kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş edib

NASA InSight kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş edib

Texnologiya
27.11.2018 PAYLAŞIM

    “6 dəqiqəlik qorxu” gözləntisi NASA əməkdaşları üçün xoşbəxt sonluqla bitib. Belə ki, NASA-nın InSight adlı kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş edib. InSight adlı kosmik aparat bu ilin 5 may tarixində NASA Discovery missiyası çərçivəsində Yer kürəsindən Mars planeti istiqamətinə göndərilmişdi. 26 Noyabr tarixində isə kosmik aparat planetin atmosferinə daxil olmuşdu. Kosmik aparatın nəticə etibarilə Mars planetinin səthinə enişi çox qəliz şəkildə reallaşdırılıb.

    Belə ki, 16 km yüksəklikdə aparatın 12 diametrlik paraşut sistemi işə düşüb və daha sonra aparat öz qoruyucu panelindən (kosmik aparatı qızmadan qoruyan hissə) azad olub. Məlumata əsasən eniş prosesi zamanı aparatın temperaturu 1000 dərəcə təşkil edib. Bir qədər sonra isə kosmik aparat öz dayaq hissələrini işə salıb və onların üzərində eniş etməyi bacarıb. Qeyd etmək lazımdır ki, InSight son 2 ildə Mars planetinin səthinə eniş etmiş ilk aparat olub. 2016-cı ilin yaz fəslində Mars planetinin səthinə digər kosmik aparat olmuş Schiaparelli eniş etməyə çalışmışdı. Lakin onun enişi uğursuz olmuşdu.

Bənzər xəbər



    InSight kosmik aparatının uğurlu enişindən 15 dəqiqə sonra aparat NASA-ya ilk fotonu göndərib. InSight seysmoloji aktivliyin ölçülməsi üçün SEIS adlı cihaz ilə təchiz olunub. Bu cihaz sayəsində InSight Mars planetinin səthində olan seysmoloji aktivliyi təyin edəcək və adi seysmoloji aktivliyi meteroitlərin planetin səthinə düşmələri zamanı yaranan seysmoloji aktivlikdən ayıra biləcək. Kosmik aparatın əsas məqsədi isə planetin səthində 5 metrlik quyu qazma prosesi olacaq. Bunun üçün o, lazımi avadanlıqla təchiz olunub. Lazımi dərinlikdə quyunun qazılması ilə Mars planetinin qabığını, mantiyasını və nüvəsini tədqiq etmək mümkün olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×