NASA kosmik turizm ilə məşğul olacaq (VİDEO)

NASA kosmik turizm ilə məşğul olacaq (VİDEO)

Texnologiya
21.11.2018 PAYLAŞIM

    NASA Rusiya Federasiyasının planı üzrə getməyi planlaşdırır. Belə ki, BKS-ə (Beynəlxalq Kosmik Stansiya) olacaq missiyalar çərçivəsində NASA kosmik gəmidə olacaq boş yerləri varlı şəxslərə satacaq. NASA-nın kosmik turizm ilə məşğul olma planını NASA-nın direktoru Jim Bridenstine bildirib. Əgər bu ideya reallaşdırma mərhələsinə çatsa, NASA da Elon Musk-ın SpaceX Richard Brenson-un Virgin Galactic şirkətləri kimi kosmik turizm xidmətini təklif edəcək. Lakin NASA-nın kosmik turizmi sadəcə olaraq BKS-ə baş çəkməklə kifayətlənəcək.

    Qeyd etmək lazımdır ki, indiyənə kimi kosmik turzim sahəsi ilə ciddi olaraq Roskosmos məşğul olurdu. Roskosmos bu işi Space Adventures şirkəti ilə bir yerdə reallaşdırırdı. İlk uçuşların qiyməti 20 milyon dollar təşkil edirdi. Sonradan onların qiyməti 40 milyon dollara kimi qalxdı. Rusiya Federasiyasının bu təcrübəsi onu göstərdi ki, dövlət kosmik şirkətləri üçün olan turizm sahəsi dövlətin əlavə gəlir əldə etməsi baxımından çox yaxşı üsuldur. Turistlərin kosmosa uçuşları 20 il bundan öncə başlamasına baxmayaraq, bu proses hələ də kütləvi xarakter almayıb. Bütün bu müddət ərzində Roskosmos cəmi 7 nəfər müştərini kosmosa turist qismində göndərib.

Bənzər xəbər



    Bu işin ən qəliz hissəsi ondan ibarətdir ki, potensial turist də BKS-in tam üzvünə çevrilməli olur. Belə ki, o tam yoxlanışdan keçməli və BKS-də yaşamağı öyrənməlidir. Roskosmos və NASA-dan fərqli olaraq kosmik sahədə çalışan sahibkarlar kosmik turizmi adi insanların turizm sözünü başa düşdükləri hala gətirmək istəyirlər: Mütəmadi uçuşlar, bilet kassaları, kosmik gəmilər, kosmosu yaxşı seyr etmək üçün xüsusi hazırlanmış kosmik gəmi illuminatorları və s. SpaceX və Virgin Galactic şirkətlərinin planlarında BKS-ə çatdırılma yoxdur.

    Richard Brenson-un kosmik turizm proqramı kosmosda bir neçə dəqiqə uçuşdan sonra Yer kürəsinə qayıdışdan ibarətdir. Bu sahədə Elon Musk-ın planı daha qəliz və iddialıdır. Belə ki, o, kosmik turistləri Ay ətrafı uçuş və daha sonra Yer kürəsinə qayıdışı söz verir. Brenson və Musk artıq ilk kosmik turizm uçuşları üzrə müqavilələrə sahibdirlər. Bir sıra məlumatlara əsasən Virgin Galactic şirkəti biri 250$ olan 650 bilet sata bilib. Musk-ın ilk kosmik turizm uçuşunu isə yaponiyalı milyarder Yusaku Maezawa alıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×