main-post-cover

    NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırdı (VİDEO)

    Elm & Texnologiya
    19.04.2021
    Farid Pardashunas
        NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. Beləliklə sözügedən dron əvvəlcədən planlaşdırılmış prosesdən uğurla keçib və Yer kürəsinə bu hadisə ilə bağlı fotohesabatı göndərib. Texniki olaraq dronun ilk uçuş prosesi bir neçə saat bundan əvvəl baş tutub. Lakin birbaşa əlaqənin mövcud olmaması səbəbilə uçuş prosesi avtonom rejimdə reallaşdırılıb. Uçuş aparatı bazar günü idarəetmə mərkəzindən göndərilmiş əmrləri yerinə yetirib.
        Daha sonra isə prosesin yayımı Yer kürəsinə ötürülüb. Bu uçuş mssiyasının ən qəliz tərəfi ondan ibarət olub ki, mütəxəssislər əvvəlcədən dronun dəqiq şəkildə havaya qalxacağını bilmirdilər. Belə ki, Mars-ın atmosfer sıxlığı Yer kürəsi ilə müqayisədə daha aşağıdır. Havaya qalxmaq üçün dron öz pərlərini əks istiqamətdə dəqiqədə 2500 dövr sürətlə hərəkət etdirməyə başlayıb. Məlum olub ki, dəqiqədə 2500 dövr sürət qaldırıcı qüvvənin yaranması üçün kifayət edib. Bunun sayəsində Ingenuity Mars səthindən 3 metr hündürlüyə qalxa bilib.
        Bununla belə dronun sistem kompüteri dronun gövdəsinin düzgün vəziyyətdə yerləşməsi üçün naviqasiya sisteminə yardımçı olub. Uçuş prosesini həmçinin yaxınlıqda yerləşən Perseverance aparatı da öz kamerası vasitəsilə çəkib. Yaxın zamanda NASA mütəxəssisləri daha 3 uçuş missiyasını reallaşdırmağı planlaşdırırlar. Son uçuş missiyası çərçivəsində dron 48 metr məsafəni qətt etməli və start nöqtəsinə geri qayıtmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər