main-post-cover

    NASA mütəxəssisləri məlumatları kosmosdan Yer kürəsinə rekord sürətdə ötürə biliblər

    Elm & Texnologiya
    05.06.2023
    Emil Nəcəfov
        NASA-nın Massaçusets Texnologiya İnstitutunun və digər təhsil müəssisələrinin mütəxəssisləri lazer vasitəsilə məlumatların ötürülməsi sürətində yeni rekorda imza atıblar. Onlar 1 il bundan öncə əldə etmiş olduqları nailiyyəti iki dəfə yaxşılaşdıra biliblər. Aparılmış təcrübə çərçivəsində mütəxəssislər məlumatların ötürülməsi üçün Yer kürəsinin səthindən 530 km yüksəklikdə yerləşən PTD-3 adlı peyk daxilində olan TeraByte InfraRed Delivery (TBIRB) sistemindən istifadə ediblər. Keçən ilin iyun ayında aparılmış təcrübə çərçivəsində mütəxəssislər məlumatları kosmosdan saniyədə 100 Gbit-dən yüksək sürətdə əldə edə bilmişdilər.
        Aprel ayının sonunda reallaşdırılmış təcrübə çərçivəsində əldə edilmiş sürət isə saniyədə 200 Gbit təşkil edib. Başqa sözlə desək, peyk bu sürətlə 2 TB həcmində məlumatı Yer kürəsinə 1 saniyə ərzində ötürə bilir. Peyklər üçün yüksək sürətli lazer interneti hələ mövcud deyil. Buna görə də kosmik agentliklər və kommersiya məqsədli peyklərin operatorları kosmosdakı obyektlərlə əlaqə üçün radio şəbəkəsindən istifadə edirlər. Bununla belə lazer şəbəkəsinin istifadə etdiyi infraqırmızı işıq radio dalğalardan fərqli olaraq daha yüksək tezliyə sahibdir. Bu isə öz növbəsində məlumatların yüksək sürətlə ötürülməsinə imkan verir.
    Linki kopyala