NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib

NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib

Texnologiya
15.04.2021 PAYLAŞIM

    NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy ağır raketi vasitəsilə göndəriləcək. Onunla birlikdə həmçinin Aya Astrobotics şirkətinin hazırladığı Griffin adlı eniş modulu da göndəriləcək. Qeyd etmək lazımdır ki, NASA-nın yeni Ay aparatı peykin cənub qütbündə suyun və buzun axtarılması üçün nəzərdə tutulub. Aparat Aya 2023-ü ildə göndəriləcək. Sözügedən missiya Artemis missiyası çərçivəsində Ayda daimi bazanın yaradılmasında aparıcı rol oynayacaq. Bundan əlavə olaraq bu missiya Falcon Heavy raketinin nəyə qadir olduğunu da sərgiləyəcək.

    Keçən il NASA agentliyi Astrobotics şirkətinə 200 milyon dollara Ayın cənub qütbünə VIPER adlı (Volatiles Investigating Polar Exploration Rover) tədqiqat aparatının göndərilməsini tapşırmışdı. Sözügedən aparat suyun və buzun axtarılması üçün nəzərdə tutulmuş komponentlərə sahibdir. Sözügedən resurslar isə Artemis missiyası çərçivəsində Ayda daimi bazanın yaradılması üçün çox əhəmiyyətlidirlər. Aparatın AY səthinə enişindən sonra onun xidmət dövrü 100 gün olacaq.


    Razılaşmaya əsasən VIPER aparatı Griffin adlı eniş modulnun daxilinə yerləşdiriləcək. Həmin eniş modulunun testləri bu il üçün planlaşdırılır. Eniş modulunun Aya çatdırılması məsələsində isə şirkət Falcon Hevy raketini seçib. Qeyd etmək lazımdır ki, ağır raketlər sinifinə daxil olan Falcon Heavy 2019-cu ildə iki missiya yerinə yetirmişdi. Lakin NASA-nın Ay missiyası çərçivəsində Falcon Heavy ilk dəfə olaraq Yer kürəsinin orbitindən daha uzağa uçacaq. Müqavilənin şərtləri barəsində məlumat olmasa da SpaceX-in rəsmi saytında olan məlumata əsasən Falcon Heavy-nin uçuş qiyməti 90 milyon dollar təşkil edir. Qeyd etmək lazımdır ki, dövlət tərəfindən təşkil edilmiş bəzi kosmik missiyalar daha baha qiymətə reallaşdırılıblar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×