
NASA qlobal istiləşmə ilə bağlı araşdırmalarını dayandırır
Elm & Texnologiya
19.08.2025
Emil
NASA rəsmi olaraq qlobal istiləşmə ilə bağlı araşdırmaları dayandırır və fəaliyyətini yalnız kosmik tədqiqatlara yönəldir. Bu barədə bəyanatı NASA-nın inzibati işlər üzrə icraçı direktoru və eyni zamanda ABŞ-ın nəqliyyat naziri vəzifəsini icra edən Sean Duffy, Fox Business telekanalına verdiyi müsahibə zamanı səsləndirib. Duffy bildirib: “NASA-nın əvvəlki administrasiyası tərəfindən müəyyənləşdirilmiş bütün iqlim elmi və digər prioritetlər təxirə salınacaq. Bütün elmi fəaliyyətimiz kosmosun öyrənilməsinə yönəldiləcək - bu bizim əsas missiyamızdır. NASA-nın mövcudluq məqsədi kosmosu araşdırmaqdır, Yer kürəsini yox”.

Əvvəllər Trump administrasiyası NASA-ya öz veb saytında iqlim qiymətləndirməsinə dair məlumat yerləşdirməyi qadağan etmiş və iqlim məlumatları toplayan iki peyk üzərindəki işlərin dayandırılması barədə göstəriş vermişdi. Kosmik agentlik 1960-cı illərdən bəri Yer kürəsi və onun təbii sistemləri ilə bağlı genişmiqyaslı tədqiqatlar aparır. Bu çoxillik araşdırmalar sayəsində alimlər gələcək dəyişiklikləri proqnozlaşdıra və modelləşdirə, həmçinin iqlim məlumatlarından ekzoplanetlərin potensial yaşayış mühitinə sahib olub-olmadıqlarını qiymətləndirmək üçün istifadə edə bilirlər.
Paylaş