Logo
    main-post-cover

    NASA, SpaceX və Blue Origin-in Aya enməsini istəyir!

    Elm & Texnologiya
    22.11.2024
    Aslan

         NASA, Elon Musk-ın şirkəti SpaceX-dən Ay səthinə təzyiqləndirilmiş rover göndərməyi tələb edəcək. Bununla yanaşı, Blue Origin şirkətinin isə Ay səthinə yaşayış məkanı çatdırması planlaşdırılır.

         Bu 2 böyük texnologiya şirkəti hazırda Artemis missiyaları üçün insan eniş sistemləri (HLS – Human Landing Systems) hazırlayır. SpaceX, Artemis III missiyası üzərində çalışdığı halda, Blue Origin Artemis V missiyasına fokuslanıb. Bununla belə, NASA hər 2 şirkətdən yalnız ekipaj daşıyan deyil, həm də böyük miqyaslı yük daşımağa uyğun enmə vasitələrinin variantlarını inkişaf etdirməyi tələb edib. Bu vasitələrin Ay səthinə 12-15 ton arasında avadanlıq və təchizat çatdıracağı gözlənilir.
         NASA-nın bu addımı, Aya müntəzəm enişlərin həyata keçirilməsini və elmi araşdırmaların davamlı şəkildə davam etdirilməsini təmin etməyə yönəlib. 2 fərqli enmə təminatçısının olması missiyalarda çevikliyi artıracaq, həm də kəşf və elmi tədqiqatlar üçün müntəzəm Ay enişi cədvəli yaratmağa imkan verəcək. NASA, SpaceX və Blue Origin şirkətlərinə rəsmi təkliflərini gələn ilin əvvəlində təqdim etməyi planlaşdırır. Artemis proqramı, 50 ildən sonra insanlığın Aya yenidən ayaq basmasını, lakin bu dəfə daha davamlı bir şəkildə olmasını hədəfləyir. Artemis missiyaları, Marsa insanlı səfərlər üçün də vacib bir addım kimi qiymətləndirilir.
    Paylaş