NASA və BP, gələcəkdə Ay və Marsdakı təbii ehtiyatları çıxaracaq!
Elm & Texnologiya
15.08.2024
Farid Pardashunas
Ayın və Marsın səthinin altında ehtiyatlar kəşf edilir və gələcəkdə onların çıxarılması planlaşdırılır. Bu istiqamətdə NASA və BP, Ay və Marsdakı resursların çıxarılması üçün əməkdaşlıq edir.
BP, Yerin sərt və uzaq mühitlərində əməliyyatlar aparmaq təcrübəsi sahib olarkən, NASA da Marsın uzaq səthində roverləri idarə etmək bacarığına sahibdir. İki agentlik arasında razılaşma NASA-ya missiya məqsədlərini irəli sürmək üçün müxtəlif təşkilatlarla əməkdaşlıq etməyə imkan verən Space Act Agreement (Kosmik Akt Sazişi) çərçivəsində bağlanıb. Tərəfdaşlıq, yeni texnologiyaların Yerdən göndərilməzdən əvvəl Marsda sınaqdan keçirilməsinə imkan verəcək. Bu nöqtədə isə rəqəmsal modelləşdirmə və simulyasiya işə düşür. Bu müqavilə, sərt və uzaq yerlərdə avadanlıqları vizuallaşdırmaq üçün rəqəmsal modellərdən və simulyasiyalardan istifadə etməyə imkan verəcək. Bu yolla mühəndislər və elm adamları, 4.27 kilometr yerin altında və ya yüz minlərlə kilometr uzaqlıqda başqa bir planetdə oxşar şərtlər altında yeni avadanlıqları rəqəmsal olaraq sınaqdan keçirə biləcəklər.
Qeyd edək ki, bu razılaşma Marsın dərinliklərində böyük miqdarda maye suyun aşkarlanmasından sonra əldə edilib. Maraqlısı isə odur ki, bu yeraltı su mənbəyi potensial olaraq bütün planeti 1.5 km dərinlikdə okeanla əhatə edə bilər. Marsdakı bu tapıntı hər cəhətdən həyəcan verici olsa da, su, Marsın səthinin 10-20 kilometr dərinliyində yerləşir. Bunun üçün isə Yerdəki kimi Marsda da geniş qazma işləri aparılmalıdır.
Bu əməkdaşlıq vasitəsilə NASA, gələcək insan məskənləri üçün bu dərin su anbarından suyun əldə edilməsi və çıxarılması texnologiyasını inkişaf etdirə bilər. Digər tərəfdən, bu, raket yanacağı istehsalı üçün vacib olan su buzu kimi Ay resurslarının çıxarılmasına da kömək edə bilər. Ayın dəmir, titan və alüminium kimi zəngin metal ehtiyatlarına malik olduğu da məlumdur. Bundan əlavə, bu tərəfdaşlıq BP və NASA arasında hidrogen, regenerativ yanacaq elementləri, yüksək tutumlu batareyalar, günəş enerjisi sistemləri və kiçik miqyaslı nüvə enerji sistemləri üzrə gələcək əməkdaşlığa səbəb ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda küləyin sürətini 3D formatında ölçən anemometr hazırlanıb!
Marsda küləyin sürətini 3D formatında ölçən anemometr hazırlanıb!
ABŞ və Kanadalı alimlər, Marsda küləyin sürətini ölçə bilən yüksək həssas cihaz hazırlayaraq Qırmızı Planetin sirrini açmaq üçün mühüm addım atıblar.
NASA, ilk dəfə olaraq kosmosda "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib!
NASA, ilk dəfə olaraq kosmosda "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib!
NASA, Beynəlxalq Kosmik Stansiyada ilk dəfə olaraq "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib. Bu, gələcək kosmik missiyalarda kvant texnologiyalarından istifadə etmək üçün qapı açır.
Marsın dərinliklərində maye şəklində böyük həcmdə su kəşf edilib
Marsın dərinliklərində maye şəklində böyük həcmdə su kəşf edilib
Alimlər Mars səthində InSight adlı aparat vasitəsilə 2018-ci ildən 2022-ci ilə qədər əldə edilmiş məlumatları yenidən analiz edərək yeni kəşfə imza atıblar.
Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
Günəş sistemində insanların Yer kürəsindən başqa yaşaya biləcəkləri digər bir planeti seçmək lazım gəlsə Mars bu mövzuda ən yaxşı seçim olar. Hal-hazırda Mars soyuq səhra şəraitinə sahibdir.
Dünyada ilk dəfə olaraq plastik tullantılarla çalışan raket hazırlanıb!
Dünyada ilk dəfə olaraq plastik tullantılarla çalışan raket hazırlanıb!
Britaniyalı bir şirkət, Marsa səyahət üçün plastik tullantılardan istifadə etməyə çalışır. Şirkətin bu layihəsi, həm də nüvə sintezi ilə işləyən Mars raketi layihəsinin ilk addımılarıdır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!