Logo
    main-post-cover

    NASA “Webb” teleskopu limon formalı sirli ekzoplanet aşkar etdi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, kainat hələ də saysız-hesabsız sirrlərlə doludur və NASA-nın James Webb Kosmik Teleskopu bu sirrlərdən birini daha üzə çıxarıb. Astronomlar PSR J2322-2650b adlı qeyri-adi bir ekzoplanet kəşf ediblər. Tədqiqatçılardan biri olan Peter Gao bu tapıntı ilə bağlı bildirib ki, əldə edilən məlumatlar gözləniləndən tamamilə fərqli olub və komanda ilk anda nə ilə qarşılaşdığını anlaya bilməyib.
    NASA's Webb Observes Exoplanet Whose Composition Defies Explanation - NASA  Science
        Bu ekzoplanet çox sıx və güclü elektromaqnit şüalanması yayan bir pulsarın ətrafında fırlanır. Belə sistemlər “black widow" adlanır və adətən pulsar daha kiçik cismi tədricən məhv edir. Bu cütlüklər nadir olmasa da, PSR J2322-2650b alimləri onun mənşəyi barədə ciddi suallar qarşısında qoyub. Planet pulsara olduqca yaxın yerləşdiyi üçün güclü cazibə təsirinə məruz qalır və nəticədə adi sferik formasını itirərək uzunsov, limona bənzər bir forma alıb. Daha maraqlısı isə onun atmosferidir. Alimlər burada su, metan və ya karbon qazı kimi klassik molekullar əvəzinə əsasən helium və molekulyar karbon aşkar ediblər.
        Araşdırmanın rəhbəri, Çikaqo Universitetindən Michael Zhang bildirir ki, bu qədər karbonla zəngin atmosfer indiyədək məlum olan planet yaranma modellərinə uyğun gəlmir. Alimlərin fikrincə, bu ekzoplanetin necə formalaşdığı hələlik tam bir müəmmadır və mövcud nəzəriyyələrin heç biri bunu izah edə bilmir.
    Paylaş