Logo
    main-post-cover

    NASA Yer kürəsinin asteroidlə toqquşma ehtimalında konkret həllərə sahib deyil

    Elm & Texnologiya
    25.06.2024
    Emil
         NASA-nın yerinə yetirdiyi əsas işlərdən biri də Yer kürəsi üçün potensial təhlükəli ola biləcək asteroid kometaların hərəkətlərini nəzarətdə saxlamaqdır. İndi isə NASA bu mövzu ilə bağlı yeni hesabatını təqdim edib. Təqdim edilmiş hesabatda qeyd edilib ki, kosmik agentlik planetin asteroid ilə toqquşma halından qorunması üçün lazımi infrastruktura sahib deyil. Hesabatda NASA daxilində planetin asteroid ilə toqquşması ssenarisi üzrə xüsusi təlimlərin keçdiyi qeyd edilib. Keçirilmiş həmin təlimlər çərçivəsində 12 iyul 2038-ci il tarixində Yer kürəsinin asteroid ilə 72%-lik ehtimal ilə mümkün toqquşmasını əhatə edən vəziyyət nəzərdən keçirilib. Təlimlər çərçivəsində tərtib edilmiş ssenariyə əsasən toqquşma potensialına sahib asteroidin diametri 60 metrdən 800 metrə qədər təşkil edib.
         Toqquşma nəticəsində heç kimin zərər çəkməmə ehtimalı 45%, 1000 nəfər insanın zərər çəkmə ehtimalı 47%, 100 000-dən çox insanın zərər çəkmə ehtimalı 28%, 1 milyondan çox insanın zərər çəkmə ehtimalı 8%, 10 milyondan çox insanın zərər çəkmə ehtimalı isə 0.04% qiymətləndirilib. Zərər çəkəcək zonalar kimi ABŞ, Meksika, Portuqaliya, İspaniya, Tunis, Əlcəzair, Liviya, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla geniş ərazi seçilib. NASA-nın bu təlimlərdə iştirak etmiş bir çox şöbəsi kosmik agentliyin belə hallardakı tədbirlərində çoxlu sayda kritik boşluqlar aşkar ediblər. Əsasən də planlaşdırma və kommunikasiya mövzularında. Məsələn hesabatda qeyd edilib ki, asteroidin Yer kürəsinə yaxınlaşma halının aşkar edildiyi vəziyyətdə buna konkret təyin edilmiş reaksiya prosesi mövcud deyil.
         Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, indiyənə kimi Yer kürəsinin asteroidlə toqquşmasının qarşısının alınması mövzusunda yalnız bir praktik təcrübə keçirilib. Söhbət, Double Asteroid Redirection Test (DART) missiyasından gedir. Qeyd etmək lazımdır ki, 2022-ci ilin ikinci yarısında baş tutmuş bu missiya çərçivəsində DART adlı kiçik ölçülü kosmik aparat Dimorf adlı asteroidin hərəkət trayektoriyasını dəyişmək üçün onunla toqquşmuşdu. “Asteroidlə toqquşma təhlükəsi halında ola biləcək kosmik missiyaların reallaşdırılması qərarının qəbul edilməsi prosesi hələ də qeyri-müəıyyən olaraq qalır. Bu proses nə ABŞ-da nədə ki, beynəlxalq səviyyədə konkret şəkildə təyin edilməyib” - deyə hesabatda qeyd edilib.
    Paylaş
    Bənzər xəbərlər
    spacex-starship-in-mars-sethine-ne-zaman-enis-edeceyini-aciqlayib
    Elm & Texnologiya

    SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb

    NASA Marsda Perseverance aparatı vasitəsilə yığılan süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması missiyasında iştirak edəcək podratçı şirkəti axtarmağa başlayıb.
    nasa-psyche-kosmik-gemisinin-futuristik-ion-muherriklerini-ise-salib
    Elm & Texnologiya

    NASA, Psyche kosmik gəmisinin futuristik ion mühərriklərini işə salıb!

    NASA, Marsın kənarındakı əsas asteroid qurşağında yerləşən və metalla zəngin asteroidə doğru yavaş-yavaş hərəkət edən Psyche kosmik gəmisinin ion mühərriklərini işə saldığını açıqlayıb.
    qedim-marsda-heyat-novunun-olub-olmadigini-teyin-edecek-en-ideal-suxur-numunesi-elde-edilib
    Elm & Texnologiya

    Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib

    NASA-nın Marsdakı Perseverance missiyası ilə yaxından məşğul olan komandasının nümayəndəsi bildirib ki, Perseverance aparatı qədim Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib.
    nasa-son-20-ilin-en-boyuk-gunes-partlayisi-videosunu-paylasib
    Digər

    NASA, son 20 ilin ən böyük Günəş partlayışı videosunu paylaşıb!

    NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) son 20 ilin ən böyük günəş partlayışının təsirli videolarını yayımlayıb.
    nasa-marsa-9-ayliq-yolu-2-ayda-gede-bilecek-plazma-raketinin-uzerinde-islemeye-baslayib
    Elm & Texnologiya

    NASA, Marsa 9 aylıq yolu 2 ayda gedə biləcək plazma raketinin üzərində işləməyə başlayıb!

    Mövcud hərəkət sistemləri ilə Marsa getmək 9 ay çəkir. Lakin NASA, plazma partlayışları yaratmaq üçün nüvə enerjisindən istifadə edən hərəkətverici sistem üzərində işləyir və bu sistem sayəsində raketin sadəcə 2 aya Marsa çata biləcəyi iddia olunur.