NASA, yerdən 24.3 milyard kilometr uzaqlıqdakı Voyager 1-dən mesaj alıb!
Elm & Texnologiya
05.11.2024
Farid Pardashunas
Yer kürəsindən 24.3 milyard kilometr uzaqlıqda olan Voyager 1, rabitə problemlərindən sonra 1981-ci ildən bəri istifadə edilməyən ehtiyat radio ötürücü ilə siqnal göndərib.
Yer kürəsindən 15 milyard mil və ya 24.3 milyard km uzaqlıqda olan Voyager 1, 16 oktyabrda enerji qənaəti rejiminə keçərək qısa müddətli məlumat kəsintisi yaşamışdı. NASA-nın proqnozlarına görə, bu, 16 oktyabrda Voyager 1-ə istilik tənzimləyicilərindən birini söndürməsini tapşıran komandanın nəticəsi idi və bu da tədqiqat aparatının qoruma sisteminin işə düşməsi və X-band ötürücüsünün bağlanması ilə nəticələnmişdi. Buna görə NASA, X-band ötürücüsünə başqa bir siqnal göndərərək nasazlıq qoruma sistemini yenidən işə salma riskini gözə almaq istəmədi. 19 oktyabrda isə əlaqə tamamilə kəsildi.
İndi isə NASA-nın açıqlamasına görə Voyager 1, 1981-ci ildən bəri istifadə olunmayan S-band radio ötürücüsü vasitəsilə yenidən əlaqə yaratmağı bacarıb. 22 oktyabrda S-band ötürücüsünə bir əmr göndərildi və Voyager 1 ilə yenidən əlaqə quruldu. Voyager 1-in nasazlıq qoruma sistemini nəyin işə saldığı dəqiq bilinmir, lakin aparatın istilik tənzimləyicisini işlətməsi üçün kifayət qədər gücə malik olması lazım idi. NASA, problemin mənbəyini tapmağın həftələr çəkə biləcəyini bildirir.
Voyager 1-in Yer kürəsindən bu qədər uzaqda olması, texniki xidmət işlərini çətinləşdirir. Ancaq bütün çətinliklərə baxmayaraq, aparat Günəş sisteminin xaricindəki dərin kosmosdan həyati əhəmiyyət daşıyan məlumatları Yer kürəsinə göndərməyə davam edir. Voyager 1, 2012-ci ildə Günəşin maqnit sahəsinin hüdudlarından keçərək ulduzlararası kosmosa çatan ilk insan tərəfindən hazırlanan aparat olmuşdu. 47 illik missiyası müddətində kosmosun dərinliklərində çoxlu məlumat toplayan bu aparat, hələ də Yer ilə əlaqə qurma qabiliyyətinə malikdir. NASA, bu hadisədən sonra Voyager-ın qoruma rejiminə keçərək gücünü qoruduğunu və sağlamlığını təmin etmək üçün hazırlanmış bu xüsusiyyətin uğurla işlədiyini təsdiqləyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Araşdırmalara görə, Uranın peyki Mirandanın səthinin altında okean mövcud ola bilər!
Araşdırmalara görə, Uranın peyki Mirandanın səthinin altında okean mövcud ola bilər!
Yeni bir araşdırma Uranın peyki Mirandanın səthinin altında maye halında okean ola biləcəyini göstərir. Peykin potensial olaraq həyat üçün uyğun olma ehtimalı var.
Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
NASA-nın Marsdakı kəşfiyyat aparatı Perseverance Günəş tutulması hadisəsini qeydə almağı bacarıb. Həmin maraqlı anların görüntülərini təqdim edirik.
NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
NASA, 50 ildən artıq müddətdən sonra ilk ekipajlı Ay enişinə hazırlaşarkən, Artemis III (Artemida 3) vəzifəsi üçün Ayın cənub qütbü yaxınlığında 9 potensial eniş bölgəsini müəyyən edib.
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsa dair yeni bir araşdırma, Marsın Günəş şüalarını daha az qəbul edən bölgələrində həyatın mümkün ola biləcəyini iddia edir.
Yerin maqnit sahəsinin səsi paylaşılıb: 40 min il əvvəlki manit dəyişikliyini artıq dinləmək mümkündür!
Yerin maqnit sahəsinin səsi paylaşılıb: 40 min il əvvəlki manit dəyişikliyini artıq dinləmək mümkündür!
Avropa Kosmik Agentliyi 40.000 il əvvəl baş vermiş maqnit dəyişimini səs vasitəsilə təcrübədən keçirməyimizi təmin edir və bu hadisənin təsirlərini araşdırır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!