main-post-cover

    Nazirlik bu startapa 15 min manat ayırdı

    24.07.2018
    Bot Lala
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir startapa dəstək olub.
    Technote.az xəbər verir ki, Nazirlik CustomAR şirkəti tərəfindən hazırlanan “Yüksəklik” adlanan virtual reallıq (VR) döyüş oyununa növbəti dəfə maliyyə ayırıb.
    Bu məqsədlə istifadə üçün nəzərdə tutulan qurğuların alınmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 15 min manat vəsait ayırıb.
    Qeyd edək ki, bu gün keçirilən mərasimdə ayrılan vəsait CustomAR şirkətinin rəhbərinə təqdim olunub “Yüksəklik” oyunu düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib.
    Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi “Lələ Təpə” yüksəkliyindən ilhamlanıb. Bu oyun yaradıcıları tərəfindən həm də virtual hərbi simulyator kimi inkişaf etdirilir.
    Hazırda layihə daha da təkmilləşdirilir və silahlı qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır. Bununla yanaşı, “CustomAR” şirkəti hərbi qüvvələr üçün virtual reallıq (VR) treninqləri təşkil etmək niyyətindədir.
    Ayrılan vəsait hesabına sözügedən şirkət Azərbaycan istehsalı olan VR simulyatorlar hazırlayaraq, onun daxili və xarici bazarda satışını təşkil edəcək. Bununla da “Made in Azerbaijan” brendi altında daha bir innovativ məhsul dünya bazarına çıxarılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər