
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə Technote.az-a Nazirlikdən məlumat verilib.
İclasda martın 1-də 2018-ci il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.
Adıçəkilən müsabiqə üzrə Fonda təqdim edilmiş 149 layihədən 138-i ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub.
Kompleks ekspertiza mərhələsini isə 39 layihə uğurla keçərək Müşahidə Şurasına təqdim olunub
Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 39 layihədən 5 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Müsabiqənin qalibi olmuş layihələr aşağıdakılardır:
- “Sletti”
-Ağıllı oyuncaqlar”
-“www.joinb2b.com”
-“Məktəbə hazıram”
-“Virtual cərrahiyyə”.
Şərh yoxdur