main-post-cover

    Nazirlik Microsoft ilə 3 illik saziş imzaladı-Səbəb

    16.07.2018
    Bot Lala
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) Microsoft şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb.
    Bu barədə Technote.az-a NRYTN-dən bildirilib.
    Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) Microsoft proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub.
    Bundan əlavə, sazişin bağlanması zamanı Microsoft şirkəti tərəfindən təqdim olunan “Tələbə Üstünlükləri” proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz Microsoft WindowsMicrosoft Office proqram təminatı əldə olunub.
    Sözügedən sazişə əsasən, NRYTN və Microsoft dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq.
    Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər