Neft-qaz sahəsi, tarixdə qalmağa başlayıb. Şirkətlər təbii enerji mənbəyinə investisiya yatırmalıdırlar

Neft-qaz sahəsi, tarixdə qalmağa başlayıb. Şirkətlər təbii enerji mənbəyinə investisiya yatırmalıdırlar

Texnologiya
16.06.2017 PAYLAŞIM

Təmiz enerji tələbatının sürətlə yüksəlməsi və qazıntı yanacağına olan tələbatın getdikcə aşağı düşməsi, “BP” və “Shell” kimi neft-qaz sahəsinin böyük şirkıətlərinin biznesinə təhlükə yaradır. Bazardakı yeri saxlamaq üçün isə böyük şirkətlər 2035-ci ilə kimi təmiz enerji sahəsinə minimum 350 milyard dollar investisiya yatırmalı olacaqlar. Wood Mackenzie adlı elmi-tədqiqat qrupunun analitiklərinin fikrincə böyük neft-qaz şirkətlərinin investisiyalarının 1/5 hissəsi bərpa olunan enerji sahəsinə yatırılmalıdır. Öz hesabatlarında mütəxəssislər proqnoz verirlər ki, 2035-ci ilə kimi neftə olan tələbat rekord səviyyədə aşağı göstəricilərə sahib olacaq, günəş və külək enerjisinə tələbat isə getdikcə artacaq. İl ərzində külək enerjisinə tələbatın yüksəlməsi 6%, günəş enerjisinə olacaq tələbatın yüksəlməsi isə 11% təşkil edəcək. Bu göstəricilərin fonunda isə neftə olan tələbatın göstəriciləri sadəcə olaraq 0.5% təşkil edəcək. Həmin vaxtda isə gəlir aşağı düşəcək. Hal hazırda neft-qaz şirkətlərinin gəlirləri, təmiz enerji ilə məşğul olan şirkətlərin gəlirlərindən 33 dəfə çoxdur. 2035-ci ilə kimi isə bu fərq yalnız 13 dəfəyə enəcək. Dəyişikliklər hətta “BP, “Shell” və “Total” kimi şirkətlərə də təsir edəcək. Böyük energetik şirkətlər, neft və qaz sahəsinin 12%-nə sahibdirlər. Bazardakı həmin payı qoruyub saxlamaq üçün onlar, təbii enerji mənbəyi sahəsinə minimum 350 milyard dollar investisiya yatırmalıdırlar.

Analitiklərin fikrincə hətta böyük neft-qaz şirkətləri belə, bu cür vəsaitin öhdəsindən gələ bilməyəcəklər. Məhz buna görədə 2030-cu ildən sonra bərpa olunan enerji mənbələri, şirkət investisiyalarının 1/5 hissəsini təşkil edəcək. Bir sıra şirkət artıq qarşıdan gələn təhlükəni sezərək bəzi dəyişikliklərin aparılmasına start veriblər. Məsələn bu il Norveçin “Statoil” şirkəti, Şotlandiyada özəl, üzən külək elektrostansiyasını istifadəyə verəcək. “Shell” şirkəti isə Hollandiya sahilləri boyunca külək elektrostansiyaların inşasına hazırlaşır və 2020-ci ilə kimi hər il bioyanacaq, hidrogen və bərpa olunan enerji mənbəyi sahələrinə 1 milyard dollar vəsait ayıracaq. Danimarkanın “Dong Energy” şirkəti öz neft-qaz biznesini Britaniyanın “Ineos” şirkətinə satıb və bərpa olunan enerji mənbəyi sahəsindəki layihələrə diqqət ayırmağı planlaşdırır. Bu yolda ABŞ şirkətləri geridə qalırlar. Belə ki, ABŞ-da neft və qaz istehsalına xərclənən vəsait, Avropadakı göstəricilərə nisbətən aşağıdır. Bununla yanaşı analitiklərin fikrincə bir çox şirkətlər, təmiz enerji mövzusundan yalnız reklam xarakterli istifadə edirlər və əslində onlar bu sahəyə yatırım etmək fikrində deyillər. “BP”nin məlumatlarına əsasən 2016-cı ildə bərpa olunan enerji mənbələri, tarixdə, ən böyük istehlak yüksəlişi göstəricisini (14.1%) əks etdirib. Həmin vaxtda isə bütün dünya üzrə kömür istehlakının göstəricisi artıq ikinci ildir ki, aşağı düşür. Təmiz enerji tələbatının yüksəlməsi və onunla birlikdə həmin sahəyə investisiyaların artımı da gözlənilir. “Frost & Sullivan” analitik şirkətinin hesabatlarına görə 2017-ci ildə günəş enerjisinə yatırılacaq investisiyaların miqdarı, kömür, qaz və nüvə sahələrinə yatırılacaq investisiyaların ümumi miqdarından qat-qat çox olacaq. Sözügedən sahəyə 243 milyard dollar investisiya olunacağı güman olunur. 2040-ci ilə kimi isə bu göstərici 7.8 trilyon dollar təşkil edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×