Netflix, Android-də daha az internet paketi istifadə edəcək: AV1 kodeki aktivləşdirildi

Netflix, Android-də daha az internet paketi istifadə edəcək: AV1 kodeki aktivləşdirildi

Texnologiya
06.02.2020 PAYLAŞIM

        Ən populyar film və serial izləmə platformu olan Netflix, Android telefonlarda daha az internet paketi istifadə etmək üçün AV1 video kodekinə keçdiyini bildirdi. Yeni video kodek paketi hesabına 20% daha çox sıxışdırılmışkeyfiyyətli görüntü əldə etmək mümkündür. Netflix qeyd edir ki, digər bütün platformalarında da bu video kodekinə keçid edəcək.

AV1 yeni nəsil, müəllif hüquqları olmayan və görüntünü 20% sıxışdıran video kodek paketidir. Netflix bu gündən etibarən Android telefonlarda bu kodekdən istifadə edəcək.


        Netflix, hal-hazırda videolarında P9 video kodekindən istifadə edir. AV1 kodeki, P9-a nəzərən daha optimizasiya edilmişdir. Bu video kodeki Amazon, Netflix kimi şirkətlərin də üzvü olduğu Açıq Media İttifaqı tərəfindən hazırlanıb. Həmçinin bu kodek, dav1d kod deşifratoru istifadə etdiyi üçün Netflix-in 10 Bitlik rəng şkalasını da dəstəkləyir. Şirkət hal-hazırda əsas olan bəzi proyektlərində bu kodekdən istifadə edib. Aktivləşdirmək üçün ayarlarda yerləşən Save Data funksiyasına daxil olmaq yetərlidir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını ..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti Orbital Reef adlı özəl orbital kosmik stansiyanın yarad..


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..

×