Logo
    main-post-cover

    Neuralink çipini əldə etmiş ilk qadın fikir gücü vasitəsilə öz adını yaza bilib

         ABŞ vətəndaşı olan bir qadın 16 yaşında hərəkət qabiliyyətini itirmişdi. 20 il keçdikdən sonra o yenidən öz adını yaza bilib. Bu, beynin siqnallarını birbaşa oxuyan Neuralink neyrointerfeysi sayəsində mümkün olub. Audrey Crews hələ yeniyetmə yaşlarında hərəkət etmə qabiliyyətini itirmişdi. 20 il sonra isə o, əlləri ilə yox, beynindən kompüterə ötürülən siqnallar vasitəsilə yenidən yazı yaza bilib. Amerikalı Audrey Crews, Elon Musk-ın şirkəti tərəfindən aparılan sınaqlar çərçivəsində Neuralink beyin çipi implant edilən ilk qadın olub. Əməliyyatdan bir neçə həftə sonra o, noutbuk ekranında öz adının - “Audrey” - bənövşəyi hərflərlə yazıldığı bir şəkil paylaşıb.
         Bütün prosesi isə yalnız düşüncə gücü ilə idarə edib. Audrey PRIME proqramına qoşulub - bu, beyindən rəqəmsal cihazlara siqnalların ötürülməsi üçün nəzərdə tutulmuş neyrointerfeysin sınaq mərhələsidir. Mayami Universitetinin tibbi mərkəzində keçirilmiş əməliyyatdan sonra o belə deyib: “Mənim beynimdə əməliyyat apardılar: kəllə sümüyündə bir dəlik açdılar və 128 ədəd ipliyi hərəkət korteksinə yerləşdirdilər. Çipin ölçüsü təxminən 25 sentlik sikkə boydadır”. Qadın dəqiqləşdirib ki, bu qurğu fiziki hərəkət qabiliyyətini bərpa etmir. Onun əsas məqsədi texnikayla əzələləri deyil, birbaşa əlaqə qurmaq imkanı yaratmaqdır. Audrey-nin sözlərinə görə, bu, son 20 il ərzində ilk dəfədir ki, o, mətn yığmağı müstəqil şəkildə bacarıb.
    Paylaş