
Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib
Elm & Texnologiya
10.09.2025
Emil
Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb. Neuralink-in sosial şəbəkə X səhifəsində qeyd olunub ki, ümumilikdə xəstələr implantlardan 2000 gün və 15 000 saatdan artıq istifadə ediblər. Avqustun sonu və sentyabrın əvvəlində isə Kanadada ilk 2 xəstəyə Neuralink implantları quraşdırılıb. Bu implantlar onlara bədən hissələrinin iflici şəraitində kompüter idarə etməyə kömək edəcək. Neuralink həmçinin Böyük Britaniya ərazisində beyin implantlarının klinik sınaq proqramına başlayacaq. ABŞ-da şirkət hələ 2022-ci ildə implantların xəstələr üzərində sınaqlarını başlamağa cəhd göstərmişdi, lakin vaxtında zəruri icazələri ala bilmədiyi üçün proqram yalnız 2024-cü ildə işə düşüb. Elon Musk həmçinin bir müddət əvvəl bildirib ki, gələn il ilk xəstə görmə qabiliyyətini qismən bərpa etməyə imkan verən Neuralink-in yeni model implantını əldə edəcək.

Paylaş